Redaktor seçimi
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Yevlax şəhər 7 nömrəli məktəbdə "yoxlama" adlı ŞOU:
QHT-lərə Dövlət Dəstəyi Agentliyindən Dövlət başçısının mövqeyinə sayqısızlıq-
Günün xəbəri

ATƏT sədri Azərbaycana səfər edəcək

 

ATƏT sədri Azərbaycana səfər edəcək

Yenixeber.org: ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı müzakirələr aparmaq üçün Azərbaycana və Ermənistana səfər edəcək.

Bnu M.Layçak Rusiyanın xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransında deyib.

O qeyd edib: "Məhz bu məsələlərin müzakirəsi üçün martın birinci yarısında Bakıya və Yerevana səfər etməyə hazırlaşıram. Azərbaycandan və Ermənistandan dəvətim var".

M.Layçak bildirib ki, Slovakiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün mövcud çərçivələri dəstəkləyir: "Biz ATƏT-in Minsk qrupunun həmsədrlərini tam dəstəkləyirik. Mən onlarla mütəmadi görüşürəm".

ATƏT sədrinin sözlərinə görə, Ermənistandakı seçkilərdən sonra yeni vəziyyət yaranıb:

"Gözləntilər bununla bağlıdır. İstərdim, mənim səfərim müəyyən etməyə kömək etsin ki, bu mənada nəyi gözləmək olar və hansı nəticələr əldə edilə bilər. Bizim məqsədimiz Minsk qrupunun həmsədrlərinə bu yeni vəziyyətdən istifadə etmək üçün kömək etməkdir". (trend)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam