Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

GDU-nun məzunu “Dünya Müəllimi Mükafatı” ala bilər

 

          GDU: BU DA BİR UĞURDUR.

 

"Xeberinfo.com":  Gəncə Dövlət Universitetinə şad xəbər gəlib. Onun məzunu öz doğma təhsil ocağını dünyanın 150-dən artıq ölkəsində tanıda bilib, daha doğrusu Universitetin şərəfli tarixində yeni bir səhifə açıb.

Bu il “Məktəb müəllimləri üçün Nobel mükafatı” kimi qiymətləndirilən, ABŞ-ın sabiq prezidenti Bill Klintonun fəxri rəhbəri olduğu “Varkey GEMS” Fondu tərəfindən “Dünya Müəllimi Mükafatı” müsabiqəsinin ilkin mərhələsində dünyanın 150-dən artıq ölkəsindən 5000 müəllim iştirak edib və növbəti mərhələyə onlardan 1300-ü keçib. ABŞ, Böyük Britaniya, İtaliya, Keniya, Uqanda, Hindistan, Əfqanıstan, Avstraliya, Argentina, Meksika, İordaniya və digər ölkələrdən müsabiqə iştirak edən  müəllimlərdən  final mərhələsinə artıq 50 müəllim qədəm qoyub.

Müsabiqə  Gəncə Dövlət Universitetinə  iki mənadan hədsiz sevinc gətirib. Birincisi,  26 ölkəni təmsil edən 50 finalçıdan biri, həmçinin postsovet məkanı ölkələrindən yeganə namizəd olan, öz Vətəninə şərəf gətirən şəxs Balakən rayonundakı akademik Zərifə Əliyeva adına 3 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Məhəmməd Qarakişiyev azərbaycanlıdır.  İkincisi,  Məhəmməd Qarakişiyev  2006-cı ildə Gəncə Dövlət Universitetinin tərcümə nəzəriyyəsi və dillərarası əlaqə ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. Müsabiqə tam başa çatmasa da, böyük iftixarla mənalandırdığımız  bu uğurda məhz Gəncə Dövlət Universitetinin öz zəhməti, öz sevinc payı var.

          2015-ci il martın 15-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində müsabiqəninqalibi  elan olunacaqdır. 50 namizəd arasından seçiləcək  10 nəfərdən birinin-1.000.000 ABŞ dolları həcmində "Dünya Müəllimi Mükafatı" alacaq müəllimin Gəncə Dövlət Universitetinin yetirməsi Məhəmməd Qarakişiyevin   olacağına ümidimiz var. Məhəmməd Qarakişiyev uğur olsun!   Gəncə Dövlət Universiteti uğur olsun!   

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam