Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İran Ermənistana qaz tədarükünü artırır

 

İran Ermənistana qaz tədarükünü artırır
İran Ermənistana ixrac etdiyi təbii qazın həcmini artırmağa hazırdır. 

Yenixeber.org: Erməni KİV-ləri xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani Tehranda Ermənistan baş naziri Nikol Paşinyanla görüşdən sonra keçirdiyi birgə mətbuat konfransında deyib. 
“Qaz sferasında əməkdaşlıqla bağlı İranın Ermənistana qaz tədarükü həcmini artırmağa hazır olduğunu ifadə etdik. Biz həmçinin, Gürcüstana qaz ixracı üzrə üçtərəfli formatda, eləcə də enerji sahəsində Rusiya ilə birgə dördtərəfli formatda əməkdaşlığa da hazırıq” – Ruhani vurğulayıb. 

Paşinyan isə bildirib ki, Ermənistanın İrandan qaz tədarükünü artırması məsələsində qiymətlə bağlı ortaq məxrəcə gəlmək vacibdir: “Bu, anlaşmanın cəlbediciliyi kontekstində prinsipial olaraq vacib məsələdir. Ümid edirik ki, bizim nümayəndələrimiz bu istiqamətdə effektiv danışıqlar aparacaqlar”. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam