Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ABŞ Poroşenkoya qarşı cinayət işi açdı

 

ABŞ Poroşenkoya qarşı cinayət işi açdı
Ofşor hesabları ilə əlaqədar Ukrayna prezidenti Pyotr Poroşenkoya qarşı ABŞ-da cinayət işi açılıb.
 Yenixeber.org: Bunu Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa əyalətinin sabiq qubernatoru Mixail Saakaşvili bəyan edib.
“Poroşenko prezident olmayan kimi onu heç bir ölkə qəbul etməyəcək, ya da hamısı onu təhvil verəcək. Amerikada onu Lazarenko (Xarici bank hesablarında vəsaitlərin oğurlanması və gizlədilməsi, həmçinin çirkli pulların yuyulmasında ittiham olunaraq ABŞ-da məhkum edilən Ukraynanın sabiq baş naziri Pavel Lazarenko – red.) kimi həbs edə bilərlər. Çünki ABŞ-ın Federal Təhqiqat Bürosu (FBI) Poroşenkoya qarşı bir neçə qovluq iş açıb.” – deyə, Saakaşvili “Strana” qəzetinə müsahibəsində açıqlayıb. Vurğulayıb ki, Poroşenkoya qarşı cinayət işi “Panama kağızları” qalmaqalındakı ofşor hesablarına görə açılıb.

Bundan əvvəl Almaniyanın “Sueddeutsche Zeitung” qəzeti Panamanın “Mossack Fonseca” hüquq şirkətinin sənədlərinə istinadən bildirmişdi ki, Poroşenko öz biznesinin etibarlı əllərə keçməsi üçün Virciniya adalarında ofşor şirkəti qurub. Lakin Ukrayna prezidenti ittihamları rədd edərək istənilən təhqiqata açıq olduğunu, heç bir gizlin bank hesabına malik olmadığını bəyan edib. Ofşor şirkəti yaratmasını isə Ukrayna qanunlarilə öz biznesinin etibarlı idarəçiliyə keçirilməsinin mümkünsüzlüyü ilə izah edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam