Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bayıl sürüşmə zonasında 98 ev söküləcək

Bakı şəhəri, Səbail rayonu, Bayıl sürüşmə zonasında yerləşən 98 ev söküləcək.

Yenixeber.org: Yaxın müddətdə bununla bağlı müvafiq qərar qəbul ediləcəyi gözlənilir. Hazırda Nazirlər Kabineti və Səbail Rayon İcra Hakimiyyəti qərar layihəsi üzərində iş aparır.

Söküləcək evlərdən 71-nin sahibinə kompensasiya verilməsi planlaşdırılır. Digər 27 evin isə məcburi köçkünlərə məxsus olduğu əsas gətirilərək onlara kompensasiya ödənilməyəcəyi, dövlətin məcburi köçkünlər üçün tikdiyi evlərdə yerləşdiriləcəyi bildirilib.

Məcburi köçkünlər isə həmin evlərin onların mülkü olduğunu əsas gətirərək kompensasiya verilməsini istəyirlər.

Onlar bu məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə də müraciət edib.

Xatırladaq ki, 2018-ci ilin yanvar ayının sonuncu ongünlüyündən etibarən Bayıl yamacında, Teleqüllənin yaxınlığındakı mövcud sürüşmə zonasında aktivlik başlayıb, növbəti günlərdə bir neçə ev dağılıb. Bayıl yaşayış massivində baş vermiş sürüşmə hadisəsi ilə əlaqədar Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam