Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycanlıları təhqir edən Əlixanı Moskvada bu hala saldılar-"Neolit"ə silahlı basqın+Video

 

Moskvada azərbaycanlı Yaşar Əliyevə məxsus “Neolit” kafesinə ötən gün fevralın 14-də onlarla çeçenin basqın etməsinə dair yeni təfərrüatlar üzə çıxıb.

Yenixeber.org: Basqın edənlər azərbaycanlıları təhqir etdiyi üçün bərk döyülən Əlixan adlı çeçenin qisasını alıblar.

Belə ki, hadisədən əvvəl Əlixan hansısa azərbaycanlını nəzərdə tutaraq ona söyüşlər yağdırması, daha sonra bütün Azərbaycanı və azərbaycanlıları söyməsi barədə səs yazısını internetdə yayıb. Bu səs yazısına görə azərbaycanlılar onu taparaq bərk döyüblər və görüntülərini sosial şəbəkələrdə ("Vkontakte") yayıblar. Həmin görüntülərdə üz-gözü qan içində olan çeçen azərbaycanlılardan üzr istəyir, kadr arxasındakı şəxs ona “daha bərkdən danışmağı” əmr edir. “Mən azərbaycanlıları təhqir edən həmin Əlixanam. Allah xatirinə məni bağışlayın”-bu şəxs bildirir.

Lakin təhqirə görə başlayan münaqişədə çeçenlərin qisası daha amansız olub və xəbər verildiyi kimi onlar dəstə halında “Neolit” kafesinə basqın edərək kafenin sahibi Yaşar Əliyev də daxil olmaqla ona yaxın adamı şil-küt ediblər. Basqın zamanı travmatik silahlardan və bıçaqlardan istifadə olunub. Yaralılardan birinin öldüyü bildirilir, lakin ölən şəxsin çeçen, yoxsa azərbaycanlı olduğu məlum deyil. Moskvada azərbaycanlılarla çeçenlər arasında milli zəmində baş vermiş bu münaqişə sosial şəbəkələrdə geniş rezonansa səbəb olub.(virtualaz)

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam