Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Baş nazir olmaq üçün cəmi 5 milyon?-Dələduz Cavadovun əməlləri

 

Polis əməkdaşları məmur postlarını “satan” 32 yaşlı Dərbənd sakini Beytulla Cavadovu saxlayıblar. Hazırda onun əməllərindən 10 nəfərin zərər çəkməsi məlumdur. Dələduz karyera pilləkəni ilə irəliləmək istəyənlərə göstərəcəyi “xidmətə” görə azı 15 milyoin rubl mənimsəyib.

Yenixeber.org: Rusiya mənbələri xəbər verir ki, Cavadov məmur postlarının satışına Dağıstan parlamentinin deputatı Leyla Kərimovanın köməkçisi olduqdan sonra başlayıb. Qurbanlarını əlindəki imkanlara inandırmaq üçün onlara respublikanın birinci şəxsləri ilə fotoşəkillərini, Azərbaycan və Rusiya prezidentlərinin saxta fəxri fərmanlarını, adlı saatlarını göstərib.

Dələduz Cavadov təhsil nazirinin müavini vəzifəsi üçün 4 milyon rubl, rayon başçısı vəzifəsi üçün 2-3 milyon, baş nazir vəzifəsi üçüncə cəmi 5 milyon rubl istəyib.

Bundan başqa, Beytulla Cavadov müəyən məbləğ qarşılığında dövlət proqramı üzrə mənzil almaqda kömək edəcəyinə söz verib. Əlil uşağı olan ailə mənzil alınması prosesini sürətləndirmək üçün dələduza 300 min rubl verib.

Cavadov fevralın 11-də tutulub və onun barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 91-ci maddəsi üzrə cinayət işi başlanıb. Polis dələduzun əməllərindən zərər çəkənləri hüquq-mühafizə orqanlarına müraciət etməyə çağırıb.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam