Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

İran ay ərzində ikinci peykini buraxd

ı

İran ay ərzində ikinci peykini buraxdı
İran müdafiə nazirinin müavini Qasem Taqizadə bəyan edib ki, ötən aykı uğursuz cəhdlərdən sonra bu həftə İran “Dusti” (“Dostluq”) peykini orbitə buraxıb.
Yenixeber.org: “İRNA” agentliyi xəbər verir ki, Taqizadə həmçinin, İranın tez bir zamanda “Tolu” adlı peykini də kosmosa buraxmaq niyyətində olduğunu deyib.

İranlı alimlərin gücü və Allahın köməyi ilə ötən axşam “Safir” raket daşıyıcısı “sübhün 10 günü” münasibətilə “Dusti” rabitə peykini buraxıb və onu orbitə çıxarıb” - İran müdafiə nazirinin müavini bəyan edib.

Xatırladaq ki, yanvarın ortasında İran anonsunu verdiyi yerli istehsal olan 2 süni peykindən birincisini – “Payam”ı (“İsmarıc”) orbitə çıxarmağa cəhd etmişdi, lakin buraxılış uğursuzluqla nəticələnmişdi. Bunun ardınca Tehran “Dusti” peykini orbitə buraxacağını elan etmişdi.

ABŞAvropa ölkələri İranın kosmosa peyk çıxarmaq cəhdlərini qınayaraq, bununla Tehranın BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozduğunu deyirlər. Onların iddiasına görə, İranın özünün uzaqmənzilli raket və peyk texnologiyasını inkişaf etdirməklə nüvə başlığı daşıya bilən qitələrarası ballistik raket hazırlaya bilər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam