Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Daha bir FETÖ-çu Azərbaycanda tutuldu-Türkiyəyə aparıldı

 

Fətullahçı Terror Təşkilatının (FETÖ) Azərbaycandakı əlaqələndiricisi, hazırda bağlanmış “Zaman” qəzetinin Bakı mətbəəsinin sahibi İbrahim E. saxlanılıb.

Yenixeber.org: Türkiyənin “Hüriyyet” qəzeti xəbər verir ki, o, Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) və Azərbaycan təhlükəsizlik əməkdaşlarının köməyilə Azərbaycanda saxlanılaraq Türkiyəyə aparılıb.

Mənbə yazır ki, haqqında daha əvvəl saxlanılma qərarı çıxarılan İbrahim E.-nin yerini təsbit edildikdən sonra bu barədə Azərbaycan tərəfi məlumatlandırıb. O, hər iki ölkənin xüsusi xidmət orqanları tərəfindən keçirilən əməliyyatda saxlanılıb və ötən həftə iki azərbaycanlı polisin müşayiəti ilə İstanbula yola salınıb.

Xatırladaq ki, ötən ilin iyun ayında Türkiyə hökuməti tərəfindən bağlanan müxalifətçi “Zaman” qəzetinin 4 sabiq əməkdaşı FETÖ ilə əlaqələrə görə İstanbul məhkəməsi tərəfindən müxtəlif müddətli həbs cəzalarına məhkum olunublar

Jurnalistlər Əli Bulac və Şahin Alpay 8 il 9 ay, onların həmkarları Müntəzir Nührənə və Mustafa Ünal 10,5 il dəmir barmaqlıqlar arxasında keçirəcəklər.

Xatırladaq ki, 2016-cı ilin iyulunda dövlət çevrilişinə cəhddən sonra “Zaman” qəzeti bağlanmış, 20-dən çox əməkdaşı isə həbs edilmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam