Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Sabiq deputat əfv olunmaq istəyir

 

Sabiq deputat Nizami İsgəndərov yenidən mandat qazanmaq eşqinə düşüb. İqtidarın “qara siyahı”sında olan və reputasiyası zədələnmiş biznesmen Milli Məclis seçkilərində iştirak üçün qeyri-rəsmi təbliğata başlayıb.

"Xeberinfo.com":  Məlumata görə, bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, N.İsgəndərov aktiv siyasi fəaliyyət yolunu seçib və ictimai həyatda özünü təsdiqləmək məqsədi var.

“Nabran Holiday Village” istirahət mərkəzində baş verən bədbəxt hadisə nəticəsində ciddi xəsarət almış üç yaşlı İmran Cəfərzadəyə görə uzun müddət tənqid olunan sabiq deputatın 2015-ci il marafonunda qalib gələcəyi inandırıcı görünmür. Bir zamanlar fövqəladə hallar naziri Kəmaləddin Heydərova xəyanət etmiş və komandadan silinmiş bir kadrın parlamentə mandat alacağı perspektivsizdir.

Qeyd edək ki, sabiq deputat Nizami İsgəndərov Sumqayıt şəhərinin tanınmış iş adamlarından biridir və “Nabran Village Holiday” istirahət mərkəzi ilə yanaşı “Cavid” və “Sumqayıt” ticarət mərkəzlərinin sahibidir. Xatırladaq ki, Nizami isgəndərov 2005-ci ildə hakim YAP-nın siyahısı ilə deputat ola bilib. 2010-cu ildə isə müəyyən səbəblərdən seçkidən kənarlaşdırılır və Oqtay Əsədov onu özünə kəməkçi götürür.

Çox keçmir ki, (5 ay) bu vəzifədən də kənarlaşdırılır və hazırda biznes fəaliyyəti ilə məşğuldur. İsgəndərovla bağlı zaman-zaman ölkə mətbuatında məlumatlar dolanıb. Məlumatlar sırasında onun biznes fəaliyyətindəki korrupsiya elementlərindən tutmuş, özəl kaprizinə qədər çoxlu faktlar sadalanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam