Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Yeni avtovağzal tikilib-Bakıda

 

Bakıda yeni avtovağzal tikilib
Paytaxt ərazisində yeni avtovağzal inşa edilib. 

Yenixeber.org: Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib ki, yeni avtovağzal Cənub, Cənub- Şərq istiqamətində daşımaları həyata keçirəcək.
"Bakı Beynəlxalq Avtovağzalında ölkənin bütün istiqamətlərinə, həmçinin beynəlxalq istiqamətlər üzrə reyslər var. Cənub və Cənub-Şərq istiqamətində isə sərnişin daşımaları Lökbatan dairəsindən həyata keçirilirdi. Həmçinin orada olan ticarət mərkəzlərinə gələn və qayıdan insan axını çox olduğu üçün dairədə avtomobil sıxlığı müşahidə edilirdi. Nəticədə avonəqliyyat vasitələrinin gediş-gəlişinə mane törədilirdi. Dövlət Yol Polisi ilə birlikdə həmin dairədə avtonəqliyyat vasitələrinin dayanması yığışdırılıb". 

N.Allahyarova qeyd edib ki, artıq ərazidə Bakı-Cənub Avtovağzalı tikilib və sərnişinlərin daşınması qismən oradan həyata keçirilir. "Avtovağzal tam olaraq hazırdır. Artıq bir hissəsindən sərnişinlərin daşınması üçün istifadə edilir. Lakin bəzi tamamlanma işləri bitdikdən sonra fevral ayından etibarən avtovağzal tam istifadəyə veriləcək. Bir daha qeyd edirik ki, sərnişin daşımaları həmin avtovağzalda həyata keçirilməlidir. Avtovağzaldan kənar həyata keçirilən bütün daşımalar qeyri-qanunidir".(azvision) 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam