Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Ankaradan ABŞ-a SƏRT CAVAB

 

Ankaradan ABŞ-a SƏRT CAVAB

Türkiyənin Xarici İşlər Nazirliyi ABŞ-ın dövlət katibi Maykl Pompeonun Türkiyəni hədəf alan bəyanatına cavab verib.

Yenixeber.org: "Anadolu” agentliyi xəbər verir ki, nazirliyin sözçüsü Hami Aksoy Pompeonun açıqlamasını rədd etdiklərini bildirib.

“ABŞ dövlət katibinin dünən (3 yanvar) bir xəbər saytına verdiyi müsahibə Suriya mövzusu ilə bağlı ölkəmiz barədə işlətdiyi sözləri istər üslub, istərsə də məzmun baxımından rədd edirik. Pompeonun PYD/YPG terror təşkilatı ilə kürdləri eyniləndirməsi, bilərəkdən deyilməsə belə, narahatlıq yaradan məlumat azlığını göstərir. Türkiyə Suriyanın siyasi birliyi və ərazi bütövlüyünə qəsd edən və öz milli təhlükəsizliyinə qarşı təhdid yaradan PKK/PYD/YPG ilə İŞİD terror təşkilatlarına qarşı mübarizəsini qərarlılıqla davam etdirəcək. Kürdlər də daxil olmaqla, bütün Suriya xalqına qucaq açan ölkəmizin bir terror təşkilatı ilə mübarizəsini bəlli bir toplumun hədəf alınması kimi göstərilməsi heç vaxt qəbul edilə bilməz. Bu terror təşkilatının İŞİD-lə mübarizədə ortaq olaraq görülməsini də qətiyyətlə pisləyirik”, - o deyib.

Qeyd edilir ki, Türkiyə PYD/YPG vəhşiliyindən qaçan yüz minlərlə suriyalı kürdə hələ də ev sahibliyi etdiyi və onların PYD/YPG təzyiqi səbəbiylə öz torpaqlarına dönə bilmədiyi də nəzərə alınmalıdır.

Qeyd edək kki, ABŞ-ın dövlət katibi Mayk Pompeo yerli mətbuata verdiyi müsahibədə Türkiyəyə qarşı sərt çıxışlar edib.

Pompeo ABŞ-ın Suriyadan hərbi qüvvələrini geri çəkməsi məsələsi il bağlı suala cavab verərkən bunları deyib: “ABŞ prezidenti Donald Trampın təlimatları açıq və konkretdir. Çəkilmə prosesi Trampın təlimatları ilə qətiyyətli şəkildə icra olunur. Bunları bütün cəbhələrdə yerinə yetirəcəyik. Sadəcə geri çəkilmək deyil, prezidentin ortaya qoyduğu bütün ünsürlər: türklərin kürdləri qətlə yetirməmələrini təmin etmək, Suriyada dini azlıqların qorunması və başqa nüanslar ABŞ-ın ortaya qoyduğu missiyanın parçasıdır”.(publika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam