Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

AB-dən etiraf:Bu ölkələrə təsirimizi itirmişik

 

Avropa Birliyi “Ərəb baharı”nın olduğu ölkələrə əhəmiyyətli siyasi və maliyyə investisiyalarına rəğmən təsirini formalaşdıra bilməyib.

Yenixeber.org: Bu məlumat Avropa Parlamentinin Xarici Siyasət Komitəsinin hesabatında yer alıb.

“Avropa Parlamenti əhəmiyyətli siyasi və maliyyə investisiyalarına rəğmən AB-nin hələ də Yaxın Şərq və Şimali Afrikada təsirini formalaşdıra bilməməyindən narahatdır. Region ölkələri artıq AB-ni təyin olunan ərazilərdə köklü dəyişikliklərin aparıcı qüvvəsi saymırlar”, – deyə hesabatda bildirilib.

Avropa Parlamenti “Ərəb baharı”yla əlaqədar regiondakı rejimlərin əksəriyyətinin devrilməsindən sonra böyük ümid və gözləntilərinin olduğunu, amma bununla bağlı heç bir uğur əldə edilmədiyini qeyd edib:

“8 il keçməsinə rəğmən, gözləntilərin əksəriyyəti özünü doğrultmayıb. Bununla belə AB-nin regionda siyasi təsirini artırması vacibdir”.

Hesabatda Avroparlament regiona Rusiya və Çin kimi yeni siyasi və iqtisadi oyunçuların təsirindən narahat olduğunu deyib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam