Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Sarı jiletlilər”in tələbləri yayıldı –25 bəndlik manifest

 

Fransa “Sarı jiletlilər”in hökumətə qarşı 25 tələbini özündə əks etdirən manifestini yayımlanıb.

Yenixeber.org: Manifest “La Libre Penseur” saytında yerləşdirilib. Manifestdə etirazçılar vergidə reformlar üçün ümumxalq məclisinin çağırılmasını, vətəndaşın vəziyyətindən asılı olaraq 25%-dən artıq verginin qadağan edilməsini, minimal əmək haqqının qaldırılmasını, təqaüdlərin 40% artırılmasını, dövlət infrastrukturunun mövcudluğu üçün yeni iş yerlərinin yaradılmasını, 5 milyon nəfərlik yeni yaşayış mənzillərinin tikilməsini, bank monopoliyasının azaldılmasını, daxili borcun ləğv edilməsini, xalq hakimiyyəti üçün Konstitusiyanın yenidən yazılmasını, həbs həyatı yaşamış şəxslərin seçkili orqanlara seçilməsinin ömürlük qadağan edilməsini tələb ediblər.

Bundan başqa, etirazçılar Fransanın AB və NATO-nun tərkibindən çıxmasını, böyük şirkətlərin vergidən yayınmasının qarşısının alınmasını, özəlləşdirilmənin dayandırılması və özəlləşdirilmiş mülklərin dövlətə geri qaytarılmasını, yollardan radar və kameraların götürülməsini, təhsildən ideologiyanın çıxarılmasını, KİV-dəki monopoliyanın ləğv edilməsini, vətəndaş azadlığına zəmanət verilməsini, ətraf mühiti çirkləndirən paketlərin dövriyyəsi və istehsalının, geni dəyişdirilmiş orqanizmlərin qadağan edilməsini, Afrika ölkələrinin siyasi işlərinə müdaxilədən imtina edilməsini, miqrant axınına son qoyulmasını istəyiblər.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam