Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Rus istehsalı olan maşınları yol hərəkətindən çıxaraq” -Deputatdan təklif

“Rus istehsalı olan maşınları yol hərəkətindən çıxaraq” -

 

"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib. 

Yenixeber.org:   Məlumata görə, qanuna yeni məzmunda  V-II hissənin əlavə edilməsi təklif olunur. Belə ki, əlavəyə görə, nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edildikdən sonra texniki baxışdan keçirilir. Aşağıdakı hallarda dövlət qeydiyyatının aparılması və daimi uçota alınması ilə əlaqədar nəqliyyat vasitəsi texniki baxışdan keçirilmir. Həmçinin , təklif olunur ki,  Azərbaycanda  ilk dəfə dövlət qeydiyyatına alınan nəqliyyat vasitəsinin istehsal olunduğu vaxtdan bu Qanunun 30-cu maddəsinin VI-II hissəsində nəzərdə tutulmuş müddət keçməmişdirsə, o cümlədən, dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi bu qanunun 30-cu maddəsinin VI hissəsində nəzərdə tutulmuş müddətdə texniki baxışdan keçirilmişdirsə, texniki baxış zamanı nəqliyyat vasitəsinin bu qanuna 1 saylı Əlavənin I və II hissələrində göstərilən nasazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilir və daimi uçota alınır.

Qanun layihəsinin müzakirəsində çıxış edən millət vəkili Elmira Axundova bildirib ki, ötən illərlə müqayisədə 2017-ci ildə ölkədə avtoqəzaların və bunun nəticəsində baş verən ölüm hallarının sayı artmaqdadır: “Bu, çox təəssüf doğuran bir məsələdir. Bir neçə il bundan qabaq təklif irəli sürmüşdüm ki, qonşu ölkələrin, o cümlədən, Rusiyanın təcrübəsini öyrənək. Yəni, köhnə model maşınları, xüsusilə də, Rusiya istehsalı olan maşınlar yol hərəkətindən çıxaraq. Bunun müqabilində də avtomobil sahiblərinə müəyyən məbləğdə vəsait və yaxud çek verilsin, daha doğrusu, həmin şəxslərlə daha güzəştli şərtlərlə yeni model avtomobil almaq imkanı yaradılsın. Çünki ölümlə nəticələn  avtoqəzaların böyük əksəriyyəti köhnə model maşınlarda baş verir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam