Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Prezident Xətai rayonunda

 

Prezident rayon ərazisindəki fəvvarələr və şəlalələr kompleksində işlərin gedişi ilə tanış olub

 

"Xeberinfo.com": Azərbaycan prezidenti İlham Əliyev dekabrın 3-də paytaxtın Xətai rayonu ərazisindəki fəvvarələr və şəlalələr kompleksində həyata keçirilən tikinti işlərinin gedişi ilə tanış olub.
Dövlət başçısının tapşırığı ilə Bakı şəhərində parkların və xiyabanların əsaslı şəkildə yenidən qurulması və yeni parkların salınması, sakinlərin və şəhərimizə gələn qonaqların rahatlığı üçün istirahət guşələrinin yaradılması istiqamətində ardıcıl tədbirlər davam etdirilir. 
Salınan yeni parklar və yaşıllıq zolaqları, bağlarda və xiyabanlarda ən müasir tələblərə cavab verən infrastrukturun yaradılması, müasir iaşə obyektləri Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi məqsədinə xidmət edən əhəmiyyətli tədbirlərdəndir.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlər barədə dövlətimizin başçısına məlumat verib. Qeyd edilib ki, 150 metr uzunluğunda olan kompleks ən müasir tələblər səviyyəsində qurulacaq. Fəvvarələr və şəlalələr kompleksinin altında müasir texniki infrastruktur və idarəetmə mərkəzi yerləşəcək. 
Müxtəlif rəngli 700-dən artıq işıq effekti fəvvarələrə xüsusi yaraşıq verəcək. Kompleksin ətraf ərazilərində abadlıq və yaşıllaşdırma işləri aparılacaq, qranit plitələr döşənəcək, ən müasir işıqlandırma sistemi qurulacaq.
Fəvvarələr və şəlalələr kompleksində işlərin gedişi ilə yaxından tanış olan prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam