Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Özünü "ikinci allah" adlandıran mollanın fəaliyyəti DAYANDIRILACAQ - YOXLAMA BAŞLAYIR (VİDEO)

Son günlər sosial şəbəkələrdə müzakirəyə səbəb olan Məmmədsəfa kişinin qanunsuz fəaliyyəti Lerik rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən sabah dayandırılacaq.
Yenixeber.org: Bu barədə  açıqlamasında Lerik Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Rafiq Əzizov məlumat verib:
"Biz videoya bu gün baxmışıq. Bizdə olan məlumata görə video 2017-ci ildə çəkilib. Həmin kəndin icra nümayəndəsi ilə əlaqə saxladıq. Bildirildi ki, Məmmədsəfa kişinin yaşadığı Astaranın kəndi bizim Kaqoy kəndinə yaxın olduğu üçün arada bura gəlib, sözügedən fəaliyyətlə məşğul olur. İcra başçısına məlumat verilib. Qabaqlayıcı tədbirlər görüləcək. Rayonun polis idarəsinə də bu barədə məlumat verilməsi planlaşdırılır. Çox güman ki, komissiyanın tərkibində polis əməkdaşları da olacaq. Məmmədsəfa kişi ucqar kənddə olduğu üçün ora sabah getməyi planlaşdırdıq. O, kişi Lerik yox, Astara rayonunun sakinidir. Bu ilin əvvəlindən ora gəlib və bu fəaliyyətlə məşğul olmağa başlayıb. Sabah bizim icra hakimiyyətinin dini məsələlər üzrə müvafiq komissiyası onun fəaliyyətini dayandıracaq. Onu da qeyd edim ki, bu vaxta kimi həmin şəxsdən icra hakimiyyətinə hər hansı bir şikayət daxil olmayıb".
Famil Fərhadoğlu


Xəbər verdiyimiz kimi, Lerik rayonunun Kaqoy kəndində özünü "ikinci allah" adlandıran Məmmədsəfa adlı molla peyda olub. Hətta, onun yanına gəlib-gedən şəxslər arasında bir sıra tanınmış insanlar, məmurlar və incəsənət adamları da var.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam