Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Gəncədə yaşayış binasında partlayış olub, ölən və yaralananlar var -FOTO - YENİLƏNİB-2

 

 

 Gəncə şəhərində yaşayış binasında baş verən partlayış zamanı ölən və yaralanan şəxsin adı məlum olub olub.

Yenixeber.org: Dağıntılar altından hələlik bir nəfərin meyiti çıxarılıb. Bu, 1994-cü il təvəllüdlü Cumal Taleh oğlu Cumalzadədir. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Gəncə şəhər şöbəsinə yerləşdirilib.

Dağıntılar altından çıxarılan yaralı, 1997-ci il təvəllüdlü Orxan Oktay oğlu Məmmədov Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasdına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir. 


***9:01
 Gəncə şəhərində yaşayış binasında baş verən partlayış zamanı ölənlərdən birinin meyiti dağıntılar altından çıxarılıb. 

Hələlik şəxsiyyəti məlum olmayan gənc oğlanın meyiti dağıntılar altından çıxarılaraq adiyyəti üzrə təhvil verilib. İlkin məlumatlara görə, bir neçə nəfər dağıntılar arasından xilasedicilər tərəfindən yaralı vəziyyətdə çıxarılılb. 

Hazırda ərazidə xilasetmə işləri davam etdirilir. 



***07:51


 Gəncə şəhərində dördmərtəbəli binada partlayış olub.

Məlumata görə, hadisə şəhərdə yerləşən "Füzuli" parkının yaxınlığında, Şahlar Hüseynov küçəsi, bina 13-də baş verib.

Nəticədə 3-cü blokun bir hissəsi çöküb.

İlkin məlumatlara görə, dağıntılar altında qalanlar var.

Faktla bağlı araşdırma aparılır.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam