Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Abel Məhərrəmovun səfir oğlu geri çağırılacaq

 

İspaniyadakı diplomatik korpusun rəhbəri Anar Məhərrəmovun şərab biznesi dosyesi açıqlandı

Yenixeber.org: Xəbər verildiyi kimi, prezident İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovu tutduğu vəzifədən azad edib. Mətbuatda Abel Məhərrəmovun işdən çıxarılması ilə bağlı sensasion məlumat yayılıb. Noyabrın 3-də geniş tərkibli Azərbaycan nümayəndə heyəti xüsusi reyslə İspaniyanın paytaxtı Madrid şəhərinə yola düşüb.

Həmin zaman A.Məhərrəmov və onun səfir oğlunun şərab biznesinə aid çəlləkləri İspaniyaya aparması böyük qalmaqala səbəb olub. Yayılan məlumatlara görə, sonradan Madriddə düzənlənən tədbirdə daha bir qalmaqal yaşanıb, spirtli içkinin təsiri altında olan rektor orada aranı qatıb. Abel Məhərrəmov işdən çıxarılması barədə sərəncama qəfil yaxalanıb. Əvvəl sosial şəbəkələrdə Abel Məhərrəmovun işdən çıxarıldığı haqda şayiələr yayılıb. Saytlardan biri rektora zəng vurub və bu şayiələrə münasibətini soruşub. A.Məhərrəmov bu məlumatları təkzib edib: “Hazırda işdəyəm, pedaqoji kollektivin iclasını keçirirəm”.

Abelin ÅÉrab biznesi ile ilgili görsel sonucu

Bu da Abel Məhərrəmovun səfir oğlunun şərab biznesi - dosye

Unikal.org Abel Məhərrəmovun səfir oğlu Anar Məhərrəmovun İspaniyada şərab biznesi ilə bağlı maraqlı araşdırma edib. Məlum olub ki, A.Məhərrəmov 2016-cı ildən İspaniyaya səfir təyin edildikdən sonra bu ölkədə Azərbaycan şərablarının satışı ilə də məşğul olurmuş. Belə ki, səfir İspaniyada Azərbaycan, Azərbaycanda isə İspaniya şərablarının satışı üzrə monopoliyanı öz üzərinə götürüb. Səfir 2 ölkə arasında bu işlə məşğul olan digər biznes tərəfdaşlarına mane də olurmuş. Anar Məhərrəmov səfirlik dövründə Madriddə Azərbaycan şərablarının satışını həyata keçirən mağazaların da açılışını edib.

Abelin ÅÉrab biznesi ile ilgili görsel sonucu

Nəhayət, 2018-ci ilin oktyabr ayında İspaniyanın Madrid şəhərində yerləşən “Madrid Rioxa Mərkəzi”ndə Azərbaycan şərablarının təqdimat mərasimini keçirib. Mərasimdə İspaniyada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və əməkdaşları, dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri və yerli kütləvi informasiya vasitələrinin, İspaniyanın şərabçılıq üzrə tanınmış şirkətlərinin, habelə A.Məhərrəmovun biznes ortaqlığı ilə Qəbələdə yaradılan “Aspi Agro” MMC şirkətinin təmsilçiləri iştirak ediblər. Tədbiri açan “Madrid Rioxa Mərkəzi”nin prezidenti Xose Antonio Ruperes Kanyo Azərbaycan şərablarının füsunkar dada və keyfiyyətə malik olduğunu deyib və məhz bu səbəbdən İspaniyanın əsas şərabçılıq bölgələrindən sayılan Rioxa şərabları ilə Azərbaycan şərablarının birgə təqdimat mərasiminin keçirilməsinin təsadüfi olmadığını bildirib.

Ä°lgili resim

Tədbirdə çıxış edən səfir Anar Məhərrəmov Azərbaycanın qədim şərabçılıq ənənələrinə malik olduğunu, hazırda “milli brend” adı altında ölkə şərablarının geniş şəkildə satışı və təşviqinin uğurla həyata keçirildiyini bildirib. Daha sonra “Aspi Agro” MMC şirkətinin nümayəndəsi tərəfindən “Savalan” brendinə məxsus şərablarla bağlı təqdimat edilib. Tədbirdə Azərbaycan şərabı adı ilə yalnız bu şirkətin istehsalı olan 3 çeşiddə şərabın təqdimatı, eləcə də dequstasiyası keçirilib. Bu da Azərbaycanda digər şərab istehsalı ilə məşğul olan şirkətlərin ciddi narazılığına səbəb olub.

anar mÉhÉrrÉmov tÉdbirdÉ Ã§Ä±xıŠedÉrÉk ile ilgili görsel sonucu

Təqdimatdan sonra, Madriddə “Savalan” brendinə məxsus şərabların satışına da böyük tələbat yaranıb. Bunun üçün tələbatın artıdğını səfir oğul atasına bildirib. Abel Məhərrəmov da bunu nəzərə alaraq bu dəfə özü Bakıdan şeyxin təyyarəsi ilə Madridə şərab çəlləkləri aparmaq qərarına gəlib. Oğulun təqdimatında göründüyü kimi, şərabların  “Aspi Agro” MMC-yə məxsus olduğu istisna edilmir.

Səfir tacirə çevirilib...

“Xarici İşlər Nazirliyində nazir Elmar Məmmədyarovun fikrini ana dilində izah edə bilməməsindən də böyük qüsurlar var. Səfirlər tacirə çevriliblər, ölkəsinin maraqlarından çox şəxsi ciblərini düşünürlər, çalışdıqları ölkədə biznes qururlar”. BakuPost xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu BDU-nun keçmiş rektorunun səfir oğlu A.Məhərrəmovun şərab biznesi ilə bağlı danışarkən deyib. O bildirib ki, onunla bağlı tədbir görülməsinin vaxtı çatıb: “Abel Məhərrəmovun İspaniyadakı səfir oğlunun şərab biznesi ilə məşğul olduğuna dair xəbərlər illərdir mətbuatda yazılır, müzakirə olunur. Bəlkə atasının biabırçılığından sonra onun haqqında da tədbir görərlər. Səfir oğlu əgər belə bacarıqlıdırsa, diplomat statusu olmadan şərab biznesi ilə məşğul olsun”.

Æli Evsen ile ilgili görsel sonucu

Rektoru bitirən Əli Evsen söhbəti

İspaniyadakı həmin  məşum konfransa gəldikdə isə onu artıq üçüncü ildir ki, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadənin qalmaqallı qudası, Türkiyə əsilli biznesmen, bir vaxtlar Azərbaycanda iri biznesi olan Əli Evsen təşkil edir. Bu həmin Əl Evsendir ki, bir neçə il əvvəl barəsində İnterpol xətti ilə beynəlxalq axtarış elan edilmişdi və İspaniyada həbs olunmuşdu. Əli Evsen Misirin  devrilmiş diktatoru Hüsnü Mübarəkin pullarının Avropada yuyulmasını təşkil etməkdə şübhəli bilinirdi.(virtualaz.org)

anar mÉhÉrrÉmov tÉdbirdÉ Ã§Ä±xıŠedÉrÉk ile ilgili görsel sonucu

Amma necə oldusa Evsen bu ittihamlardan sıyrılıb çıxa bildi və indi göründüyü kimi İspaniyada öz adına fond təsis edib. “Evsen Foundation” kifayət qədər ambisiyalı işlərlə-beynəlxalq səviyyədə dini tolerantlıq və mədəniyyətlərarası dialoq formalaşdırmaqla məşğuldur. 2016-cı ildən Madriddə bu mövzuda konfranslar təşkil edir və hər dəfə konfransa Azərbaycandan şeyxülislam qudası ilə yanaşı müxtəlif dinlərin nümayəndələri, Milli Məclisin üzvləri və s. qatılır.  Builki konfrans isə rüsvayçılıqla və qalmaqalla, habelə Abel Məhərrəmovun vəzifədən qovulması ilə nəticələndi...


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam