Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Hidayət Orucovun məhkəmə xəbəri

 

Bu gün Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucovun həmin ölkədəki diaspor liderlərindən olan Nüsrət Məmmədovu məhkəməyə verməsi ilə bağlı məlumat yayılıb. 

 

"Xeberinfo.com": Məsələ ilə bağlı Azərbaycanın Qırğızıstandakı səfirinin Mətbuat Xidmətinin rəhbəri Ramel Lətifovla əlaqə saxlayıb. O bildirib ki, yayılan məlumat şayiədir: “Biz bu gün həmin məlumatla bağlı iki dəfə Azadlıq qəzeti ilə əlaqə saxlamışıq. Hidayət Orucovun işi-gücü qurtarıb ki, kimisə məhkəməyə versin? Səfir heç kimi məhkəməyə verməyib. Bu gün tədbirlərimiz olub. Sabah bu işlə məşğul olacağıq.  Qeyd edim ki, səfirlə bağlı cinayət işi açmağa heç kimin haqqı yoxdur və heç kim bunu edə bilməz. İkincisi isə, biz prokurorluqla da əlaqə saxlamışıq. Belə bir iddianı heç kim qaldırmayıb. Biz bunun hansı məqsədlə edildiyini araşdırırıq”.

Qeyd edək ki, yayılan məlumatda həmçinin Nüsrət Məmmədovun da səfiri məhkəməyə verəcəyi qeyd olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam