Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Abid Şərifov yenə “Sovetski”dən danışdı

 

73538_res_01

 

 

 

 

 

 

“Heç kimin onları köçməyə məcbur etmək və onlar barəsində qanunsuz tələblər irəli sürmək haqqı yoxdur”

 "Xeberinfo.com": Bakıda “Sovetski” adlanan ərazidə (Nərimanov prospekti və ona bitişik küçələr) kiçik yaşayış sahəsi olan evlərin sahiblərinə kompensasiyaların verilməsi məsələsi yaxın bir, bir ay yarım ərzində həll ediləcək. “Trend” xəbər verir ki, bu barədə jurnalistlərə baş nazirin müavini Abid Şərifov bildirib.

Onun sözlərinə görə, indiyədək “Sovetski”də 2400 obyektin inventarlaşdırılması aparılıb, 1800 ailəyə kompensasiya verilib, 600 obyekt isə sökülüb: “Hələlik kiçik sahəyə malik evlərlə bağlı qərar qəbul edilməyib və heç kimin onları köçməyə məcbur etmək və onlar barəsində qanunsuz tələblər irəli sürmək haqqı yoxdur. Hesab edirəm ki, bu məsələ qısa müddət ərzində, çox güman ki, gələn ilin əvvəlində həll ediləcək”.

Xatırladaq ki, adıçəkilən ərazidə söküntü işləri paytaxtın yaşıllaşdırılması məqsədilə aparılır, orada meşə-park zonası salınacaq və mövcud nəqliyyat sıxlığının azaldılması məqsədilə bir neçə avtomobil yolu tikiləcək. Sakinlərə yaşayış sahəsinin bir kvadratmetri üçün 1500 manat həcmində kompensasiya verilir. Yardımçı tikililər üçün kompensasiyaların məbləği təxminən 750-800 manatdır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam