Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Dövlət Gömrük Komitəsi təlimlərə başladı

 

Dövlət Gömrük Komitəsi təlimlərə başladı

Dövlət Gömrük Komitəsi tərəfindən gömrük rəsmiləşdirilməsi və təmsilçilik xidmətlərinin təkmilləşdirilməsi sahəsində mütəxəssislərin hazırlanması məqsədilə təlimlərin keçirilməsinə start verilib.

Yenixeber.org:Komitədən  verilən məlumata görə, təlimlər hər həftənin şənbə və bazar günləri (bayram günləri istisna olmaqla) qruplar şəklində saat 10:00-da Dövlət Gömrük Komitəsinin Akademiyasında keçiriləcək.

Təlimlərdən uğurla keçən, bacarıqlı və işinə məsuliyyətli şəxslərə müvafiq bal sistemilə qiymətləndirilməklə sertifikatların verilməsi və ardıcıl olaraq işlə təmin olunmasına köməklik edilir.

Mövzular:

·Ümumi müddəalar;

·Gömrük rəsmiləşdirilməsi;

·Gömrük prosedurları;

·Gömrük bəyannamələrinin doldurulması qaydalarına uyğun tərtib olunması;

·Gömrük təmsilçiliyi və gömrük təmsilçilik xidmət növlərinin təşkil olunması.

Tələblər:

·35 yaşa qədər oğlanlar və qızlar

·Ali təhsil

·Hərbi xidmət

·Texniki biliklər

·Komputer bilikləri (WORD/EXCEL/ İnternet ilə işləmək bacarığı)

Təlimlərdə iştirak etmək istəyən şəxslər tərcümeyi-halı(CV) elektron poçt ünvanına həftə içi I-V günlər göndərə bilərlər. Tərcümeyi-hal (CV) tərəfimizdən yoxlanıldıqdan sonra sizinlə əlaqə saxlanılacaq və ilkin qəbul vaxtı bildiriləcək.

Əlaqələndirici şəxs:

Anar Şükürov

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi,

"Azərterminalkompleks" Birliyi, Gömrük brokeri işinin təşkili şöbəsinin rəisi,

Bakı ş., Sabunçu r., Zabrat-Maştağa şossesi, sol kənar, 3

Dövlət Gömrük Komitəsinin Akademiyası

Bakı ş., Sabunçu r., Zabrat-Maştağa şossesi, sol kənar, 2

Tel: (+994) 12 447-16-38 , (+994) 12404-22-00/ 3224 , 3290 (həftə içi iş günləri 09:00-13:00)

Mob: (+994) 51226-40-10

Email: [email protected]


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam