Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Azəriqaz” daha bir idarə rəisini işdən qovdu




 “Azəriqaz” İstehsalat Birliyində ixtisarlar davam edir. 

     "Xeberinfo.com": AzNews.az Axar.az-a istinadən xəbər verir ki, Göyçay rayonu Qaz İstismar idarəsinin rəisi Murtuz Salahov işdən azad edilib. Onun işinə xitam verilməsinə səbəb kimi vəzifə müddətində yol verdiyi nöqsanlar olub.

    Əldə etdiyimiz məlumata görə, M.Salahov vəzifəsindən sui-istifadə edərək Göyçay Qaz İstismar İdarəsinin işçilərdən və idarənin invertarından, müxtəlif texnikalardan şəxsi məqsədlər üçün istifadə edib. Qeyri-qanuni yolla işçilərdən rüşvət alan idarə rəisinin acgözlüyü bununla bitmir. O, səlahiyyətindən sui-istifadə edərək idarənin şəxsi heyəti sıralarına onlarla saxta “işçi” daxil edib və həmin yalançı işçilərin maaşını mənimsəyib.

     Bu yolla külli miqdarda qazanc əldə edən keçmiş idarə rəisi Göyçay rayonunda çoxlu sayda şəxsi obyektə sahib olub.

    Əhalidən qaz çəkilməsi ilə bağlı yığdığı rüşvətin sayı-hesabı bilinməyən idarə rəisinin bu əməlləri sakinlərin haqlı narazılığına səbəb olub və istehsalat birliyi sözügedən şəxsin işinə xitam verib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam