Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Erməni pilotlar Azərbaycanda dəfn edilsin”

 

72901_res_01

“Azərbaycan ərazisində vurulmuş Ermənistan hərbi helokpterində həlak olmuş şəxslər xristian adəti ilə Azərbaycanda dəfn edilsin”.

"Xeberinfo.com": Bu təklifi YAP-çı deputat Aydın Mirzəzadə edib. A.Mirzəzadə öz facebook səhifəsində yazıb ki, noyabrın 12-də Ermənistan-Azərbaycan cəbhə xəttində Azərbaycan mövqelərinə hücüm zamanı vurulmuş Ermənistan hərbi helokpteri məsələsi ətrafında proseslər səngimək bilmir.

“Düşdüyü çətin siyasi-dipliomatik vəziyyətin ağırlığını dərk edən Ermənistan özünü dolaşdırmaqda davam edir. Bir tərəfdən helikopterin ona məxsus olmadığı bəyan edən işğalçı dövlət, digər tərəfdən proses üzrə provokasiyalarını davam etdirməkdədir. Helikopterin vurulması Ermənistanın Azərbaycana qarşı qəsbkarlığını təsdiq etməklə yanaşı düşmən ölkənin zəifliyini açıq-aydın biruzə verir.

Ermənistan normal qonşuluq münasibətlərin qura bilmədiyi kimi öz əsgərinə sahib durmağı da bacarmır. O bu gün hərbiçilərinin meyitini götürmək üçün heç bir təşəbbüs göstərmir, bunun üçün müvafiq addımlar atmır. Dünən isə Ermənistan guya əməliyyat keçirərək, hərbi pilotlarının birinin meyitini və onun paraşütünü götürdüyünü elan etdi. Ancaq nümayiş etdirilən kadrlarda yanan hərbi texnikadan guya salamat insan bədəni və zərər dəyməmiş paraşüt nümüyiş etdirilir.

Düşmən olsalar da helikopterdə həlak olanlar insandır və onların da normal torpağa tapşırılmaq hüququ var. Ermənistanın öz əsgərinə sahib çıxmaq istəməməsini nəzərə alaraq, onların nəşinin götürülərək xristian adəti ilə Azərbaycan ərazisində dəfn edilməsini təklif edirəm. Bu işə Azərbaycanda fəaliyyət göstərən xristian icmalarının din xadimlərini cəlb etmək olar”- deyə A.Mirzəzadə qeyd edib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam