Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Serj Sarkisyanın dəvətinə YAP-dan reaksiya gəldi

 

   Onun andiçmə mərasiminə Serj Sərkisyanı dəvət etməsinə hakimiyyətdən sərt etiraz gəldi 

      "Xeberinfo.com": Türkiyənin yeni seçilmiş prezidentinin andiçmə mərasiminə Ermənistan da dəvət edilib. APA-nın “Armenia Today”a istinadən verdiyi məlumata görə, bunu Ermənistan prezidenti Serj Sarkisyan “Miasin 2014" forumunun iştirakçılarının suallarını cavablandırarkən deyib. Serj Sarkisyanın sözlərinə görə, böyük ehtimalla Ermənistan Türkiyə prezidentinin andiçməsi mərasiminə xarici işlər naziri səviyyəsində qatılacaq.

     “Nazirimiz Türkiyə prezidentinin gələn il aprelin 24-də ”erməni soyqırımı qurbanları"nın xatirəsinin 100 illiyi ilə əlaqədar keçiriləcək mərasimə qatılıb-qatılmayacağı ilə bağlı maraqlanacaq", - deyə o vurğulayıb.

      Ermənistan-Türkiyə sərhədinin açılmasına gəldikdə isə Serj Sarkisyan konkret tarix açıqlamaqda çətinlik çəkdiyini söyləsə də, qeyd edib ki, Ermənistan tərəfi bunun mümkün qədər tez olmasını arzulayır.

Dəvət qardaş ölkənin daxili işidir və heç kəs onlara bu məsələdə məsləhət verə bilməz. Ancaq Türkiyənin öz qatı düşmənini yüksək dövlət bayramına dəvət etməyinin səbəbi başa düşülən deyil.

     Ermənistan Türkiyənin ərazi bütövlüyünü tanımır və rəsmi dövlət siyasətində Türkiyənin böyük bir ərazisinə iddia edir. Erməni dövləti bütün dünyada Türkiyəni uydurma “1915-ci il erməni soyqırımında” ittiham edir və artıq 20-dən çox dövlətin bu uydurmanı qəbul etməsinə nail olub. Erməni terror təşkilatları vaxtaşırı xaricdəki türk səfirliklərinə qarşı terror hərəkətləri ediblər və hələ də bu addımlarından əl çəkmirlər. Ermənistan tarix kitablarında və mədəniyyət əsərlərində Osmanlıya və Türkiyəyə qarşı olmazın ittihamlar irəli sürür. Elə S.Sərkisyan da Türkiyəyə sevgisini bir sıra anti-türk bəyanatları ilə ortaya qoyubdur.

     İndi Türkiyənin Ermənistan rəhbərini inauqurasiyaya çağırmaqla nə eldə etmək istədiyi aydın deyildir. Heç diplomatik protokolda da düşmən və diplomatik əlaqələri olmayan ölkələrin nümayəndələrinin dövlətiçi tədbirlərə dəvət edilmə praktikası yoxdur. Inauqurasiya ilk növbədə dostların məclisidir və orada Ermənistanın statusu heç də aydın deyildir".

 

    Aydın Mirzəzadənin bu münasibətinin özfəaliyyət olduğu inandırıcı görünmür. Azərbaycanda hakimiyyət təmsilçilərinin müstəqil mövqe sərgiləməsi təcrübəsinə rast gəlinməyib. Ona görə də Aydın Mirzəzadənin mövqeyi elə hakimiyyətin münasibəti kimi anlaşılmalıdır. Ehtimal etmək olar ki, bu məsələ ilə bağlı hakimiyyət düşərgəsindən daha sərt bəyanatlar gələcək və bu Ankara ilə Bakı arasındakı münasibətlərə təsirsiz ötüşməyəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam