Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İnquşetiya qarışdı: xalq küçələrə çıxdı, atəş açıldı... -İnquşetiya

 

İnquşetiyada yenidən etiraz aksiyalarına start verilib.

Yenixeber.org: Etirazçılar parlamentin Çeçenistanla sərhəd mübadiləsi haqqında razılaşmanın təsdiqindən sonra onun qarşısına toplaşıb. Hazırda İnquşetiyanın paytaxtı Maqasda yollar qapadılıb, internetin fəaliyyətində fasilələr müşahidə edilir.

“BBC Rusiya” parlamentin müqaviləni təsdiq etməsindən sonra deputatlardan ibarət nümayəndə heyətinin Rusiya Milli Qvardiyasının əsgərlərinin müşayiəti ilə etirazçıların qarşısına çıxdığını bildirib. Məhz bu zaman atəş səsləri eşidilib və deputatlar dərhal parlament binasına aparılıblar.

Yabloko Partiyasının İnquşetiyadakı nümayəndəliyinin rəhbəri Ruslan Mutsolqov isə atəşin hüquq-mühafizə orqanları tərəfindən açıldığını bəyan edib. O, hazırda mitinqdə 10 minə yaxın adamın iştirak etdiyini bildirib.

Qeyd edək ki, İnquşetiya parlamentində müqavilənin təsdiqlənməsi ilə bağlı iclasda 32 deputatdan 25-i iştirak edib. Bu deputatlardan 17-si müqavilənin lehinə, 3-ü isə əleyhinə səs verib. Çeçenistan parlamenti isə sərhəd mübadiləsi haqqında müqaviləni yekdilliklə təsdiqləyib.

Müqaviləyə əsasən, İnquşetiya və Çeçenistan illərdir mübahisəyə səbəb olan rayonların dəyişdirilməsinə izn veriblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam