Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Nərimanov rayonunda YAP-ın 22 illiyi qeyd edilib

                        

 

       

       

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

      "Xeberinfo.com": 21 noyabr 2014-cü il tarixdə Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatında

 Yeni Azərbaycan Partiyasını yaradılmasının 22-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

 

 

         

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Tədbirdə Yeni Azərbaycan Partiyası rayon təşkilatının fəalları, Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun idarə,

 müəssisə və təşkilatlarının rəhbərləri, ziyalılar və fəal gənclər iştirak ediblər.

 

 


 

 

  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatınınsədri Təmraz Tağıyevqeyd edib ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsidir. Onun yaradılması tarixi zərurətdən doğmuş, böyük tarixi hadisədir. Yeni Azərbaycan Partiyası və onun böyük lideri, ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda - son dərəcə mürəkkəb, ağır bir dövrdə xalqın təkidli tələbi ilə ölkəyə rəhbərlik məsuliyyətini üzərinə götürərək,

 

bugünkü müstəqil, qüdrətli, sürətlə inkişaf edən, regionun lider dövlətinə çevrilən Azərbaycanın təməlini qoyub.

 

Olduqca çətin bir şəraitdə yaranmış bu partiyanın çox qısa bir müddətdə əsl siyasi qüvvə kimi formalaşması,

 

minlərlə vicdanlı və əqidəli insanın onun sıralarında birləşməsi bu gün bir daha Heydər Əliyev fenomeninin,

 

dühasının qüdrətindən xəbər verir.

           

     Daha sonra çıxış edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov vurğulayıb ki,xalqımızın ümummilli lideri Heydər Əliyevin ideyalarını, uğurlu daxili və xarici siyasətini inamla davam etdirən

 

möhtərəm Prezidentimiz cənab İlham Əliyevin əzmkar fəaliyyəti Azərbaycanın onilliklərə bərabər inanılmaz bir inkişaf

 

yolu keçməsini təmin etməklə yanaşı, Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki alternativsiz qüvvə statusunu

 

möhkəmləndirib. YAP-ın güclü siyasi partiya kimi özünü təsdiqləməsi həm də cənab İlham Əliyevin yüksək liderlik

 

keyfiyyətləri ilə şərtlənir. Azərbaycan xalqıulu öndər Heydər Əliyev siyasi kursunu ölkənin davamlı inkişafının,

 

bundan sonrakı  uğurlarının, təminatlı gələcəyinin mühüm şərti hesab edir. Dövlətimizin başçısının qeyd etdiyi

 

kimi,hər bir partiya üzvü ümummilli lider Heydər Əliyevin ali ideallarını, müqəddəs arzularını gerçəkləşdirmək üçün

 

əlindən gələni etməli, dövlətçiliyimizin inkişafına və tərəqqisinə daim xidmət göstərməlidir.

          

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru  Vüqar Səfərli də çıxışında

 

Yeni Azərbaycan Partiyası böyük çətinliklərə sinə gərərək həyata keçirdiyi uğurlu siyasətlə xalqın partiyası imicini

 

qazanaraq öz adında böyük bir mənanı, məqsədi birləşdirdiyini söyləyərək, ümummilli lider Heydər Əliyevin və onun

 

layiqli davamçısı Prezident İlham Əliyevin mətbuata, söz azadlığına olan diqqət və qayğısının nəticəsi olaraq ölkədə  aparılan demokratik islahatların söz və mətbuat azadlığının daha geniş təşəkkülünə şərait yaratdığını diqqətə çatdırıb.

 


 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                       

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

         

   

 

 

 

 

 

 

     Digər çıxış edənlər partiyanın cəmiyyətin inkişafına yönəlmiş çoxsaylı sosial layihələr reallaşdırması, gəncləri dövlətçilik və milli maraqlar ətrafında sıx birləşdirməsi onun tərəfdarlarının sayının artmasına səbəb olmasını,əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilməsini xüsusilə vurğulayıblar.        

 

Tədbirin yekunundaYeni Azərbaycan Partiyasının 22-ci ildönümü münasibəti ilə, partiya və Nərimanov rayonunun

 

 

ictimai-siyasi həyatında göstərdiyi xidmətlərinə görə fərqlənmiş şəxslərə Yeni Azərbaycan Partiyası Nərimanov rayon

 

təşkilatının fəxri fərmanları və hədiyyələr təqdim edilib.

 




 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Mükafat və hədiyyələrin təqdimatından sonra Yeni Azərbaycan Partiyasının  sıralarına qəbul olunmuş olan yeni

 üzvlərinə partiyanın vəsiqələri təqdim edilib.

 


 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam