Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Daxili Qoşunların kursantları and içib

Daxili Qoşunların kursantları and içib

Daxili Qoşunların Ali Hərbi Məktəbinə bu il qəbul olunan kursantların təntənəli andiçmə mərasimi keçirilib. Mərasimdə Veteranlar Şurasının üzvləri, kursant valideynləri iştirak ediblər
Yenixeber.org: tədbir Ali Hərbi Məktəbin Döyüş Bayrağının sıra meydanına gətirilməsi ilə başlayıb. Azərbaycan xalqının Milli Lideri Heydər Əliyevin və respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçularımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Daxili Qoşunların Nümunəvi-göstərici Hərbi Orkestrinin müşayiəti ilə Dövlət himni ifa olunub.

Ali Hərbi Məktəbin rəisi general-mayor İ.Məmmədov çıxış edərək Daxili İşlər Nazirinin müavini – Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədovun kursantlara andiçmə münasibətilə təbrik və tövsiyələrini çatdırıb. Daha sonra hərbi andın mənasını, öz xalqına, Azərbaycan Respublikasına və Azərbaycan hökumətinə sədaqətlə and içən kursantların üzərinə düşən şərəfli və məsul vəzifələri, eləcə də Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddələrinin tələblərini xatırladıb.

Bildirilib ki, Daxili Qoşunların bütün şəxsi heyəti kimi bu gün sıralarımıza daxil olan kursantlar da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən qarşıya qoyulan hər bir tapşırığı layiqincə yerinə yetirəcək, Daxili Qoşunların sıralarının möhkəmlənməsi üçün səy göstərəcək, dövlət və dövlətçiliyimizin daha da gücləndirilməsi naminə öz fədakar xidmətlərini əsirgəməyəcəklər.
Daha sonra Ali Hərbi Məktəbə yeni qəbul olmuş kursantlar hərbi and içərək, Vətənimiz Azərbaycana və onun xalqına sadiq olacaqları, dövlətimizin mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyacaqları, bundan ötrü qanlarını və canlarını əsirgəməyəcəkləri barədə söz veriblər.

Kursantlar adından çıxış edən Nail Dadaşov müqəddəs bayrağa əl basaraq and içdiklərini, zabit adına hər zaman layiq olmağa çalışacaqlarını, hərb işini vicdanla öyrənəcəklərini, hərbi ənənələri şərəflə davam və inkişaf etdirəcəklərini, üzərilərinə düşən şərəfli və məsul vəzifələri layiqincə yerinə yetirəcəklərini, onlara olan etimadı hər zaman doğruldacaqlarını ifadə edib.

Valideynlər adından çıxış edən Namiq Dadaşov isə bütün kursantları, həmçinin valideynləri təbrik edib, onları bu müqəddəs və şərəfli yolda hər bir kursanta dəstək olmağa çağırıb. Kursantlarla yanaşı, hər bir valideynin də Vətənin əsgəri kimi Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin verdiyi bütün əmr və göstərişləri layiqincə yerinə yetirməyə hazır olduqlarını nəzərə çatdırıb. Tədbir şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam