Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Saray postu"nda sərxoş sürücülər aşkarlanıb

    

"Saray postu"nda sərxoş sürücülər aşkarlanıb
Yol Patrul Xidməti Alayının 1-ci tağımı tərəfindən sürücü və sərnişinlər arasında maarifləndirmə işlərinin aparılması məqsədi ilə tədbir keçirilib
Yenixeber.org: Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 1-ci tağımının nəzarətində olan stosionar postda (Saray postu) yol hərəkəti təhlükəsizliyini daha da səmərəli təşkil etmək, qəzaların qarşısını almaq, kobud qayda pozuntuları törədən sürücülərə qarşı mübarizəni gücləndirmək, sürücü və sərnişinlər arasında maarifləndirmə işlərinin aparılması məqsədi ilə tədbir keçirilib. Tədbir zamanı 30-a yaxın avtomobil saxlanılıb. Onların arasında uzaq məsafələrə sərnişin daşımaqla məşğul olan mikroavtobuslar da olub. YPX əməkdaşları tərəfindən mikroavtobus sürücüləri ilə söhbətlər aparılıb, sənədlərinin qaydasında olmasına nəzər yetirilib.



Tədbir zamanı avtomobili sərxoş idarə edən sürücülər də aşkarlanıb. Onlar barəsində müvafiq tədbir görülüb. Həmçinin postun ərazisində olan həkim briqadası bir neçə sürücünü tibbi müayinədən keçiriblər.



Profilaktik tədbir zamanı postun ərazisində xarici ölkə vətəndaşlarının idarə etdiyi iki nəqliyyat vasitəsi də saxlanılıb. Postda xidmət aparan polis serjantı Elvin Xankişiyev əcnəbilərlə ingilis dilində profilaktik söhbət apararaq, avtomobildəki sərnişinlərin təhlükəsizlik kəmərindən istifadə etməməsini nöqsan kimi bildirib. Yol polisinin bu iradı turistlər tərəfindən aradan qaldırılandan sonra onlar yollarını davam etdiriblər.



Yol Patrul Xidməti əməkdaşları tərəfindən bu tipli maarifləndirici tədbirlər bundan sonra da davam etdiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam