Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Daha iki ölkə ilə viza rejimi sadələşdirildi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

     Azərbaycan hökuməti İsveçrə və Norveçlə viza rejiminin sadələşdirilməsi və readmissiyalar haqqında sazişlərin imzalanmasına hazırlığı başa çatdırıb. Bunu Trend-ə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib.

 

     "Xeberinfo.com": Onun sözlərinə görə, bütün dövlət daxili prosedurlar başa çatdırılıb və sənədlərin yaxın vaxtlarda imzalanması gözlənilir: "Razılaşmaya əsasən, Şengen zonasına daxil olan İsveçrə və Norveçlə sadələşdirilmiş viza rejimi Avropa İttifaqı ilə sazişlərin şərtlərinə uyğun olacaq".

 

    Aİ ölkələri ilə saziş bu il sentyabrın 1-də qüvvəyə minib. Mövcud saziş Aİ-yə daxil olan Danimarka, Böyük Britaniya və Şimali İrlandiya, həmçinin Şengen zonasına qoşulmuş İslandiya, Norveç, İsveçrə və Lixtenşteyinə şamil edilmir.

 

   M.Məmməd-Quliyev əlavə edib ki, Norveç və İsveçrədən başqa, sazişə qoşulmamış digər ölkələrlə hazırkı mərhələdə danışıqlar aparılmır: "Əgər belə zərurət yaranarsa, bu ölkələrlə də viza rejiminin sadələşdirilməsi və readmissiyalar haqqında ayrıca saziş imzalanacaq".

 

    Qeyd edək ki, sazişlərə müvafiq olaraq, viza yığımları 60 avrodan 35 avroyadək endiriləcək, vətəndaşların bəzi kateqoriyaları isə yığımlardan azad ediləcək. Tez-tez səfər edən bəzi kateqoriyalı şəxslər üçün Aİ-nin üzv ölkələri tərəfindən 1 ildən 5 il müddətinədək çoxdəfəlik vizalar veriləcək. Diplomatik pasportları olanlar isə viza almaqdan azad edilir.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam