İlham Əliyevin şərəfinə Zaqrebdə rəsmi ziyafət verilib-FOTOLAR
Xəbər verdiyimiz kimi, sentyabrın 6-da Zaqrebdə Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib.
Yenixeber.org: Dövlət başçıları rəsmi ziyafətdə çıxış ediblər.
Prezident Kolinda Qrabar-Kitaroviçin çıxışı
- Zati-aliləri, hörmətli Prezident Əliyev.
Zati-aliləri, xanımlar və cənablar, əziz dostlar, axşamınız xeyir olsun.
Bir daha, cənab Prezident, Sizə və nümayəndə heyətinizə Xorvatiya Respublikasına “Xoş gəlmisiniz!” deyirəm. Ümid edirəm ki, gününüz məhsuldar və xoş keçib və bu axşam dostlar arasındakı şam yeməyi Sizin ürəyinizcə olacaq.
İnanıram ki, bu gün təkcə apardığımız danışıqlar, həmçinin Baş nazirlə və parlamentin sədri ilə apardığınız söhbətlərlə yadda qalmadı. Anlaşma memorandumunun imzalanması, xüsusilə də enerji sektorunda fəaliyyət göstərən şirkətlər arasında danışıqlarla biz Xorvatiya və Azərbaycan arasındakı münasibətlərin yeni mərhələsinə qədəm qoyduq.
Cənab Prezident, ikitərəfli münasibətlərimizin inkişafına töhfə vermək məqsədilə Sizinlə, sizin hamınızla birlikdə işləməyi səbirsizliklə gözləyirəm. Əlbəttə ki, biz hər iki ölkənin inkişafını arzu edirik. Əfsuslar olsun ki, tarixən qeyri-sabit regionda yerləşən hər iki ölkəyə sabit və firavan gələcəyə ümidlə baxmağı, açıq qalan istənilən məsələləri və həll olunmamış münaqişələri nizamlamaq iqtidarında olmağı arzu edirəm və bu məsələdə biz sizi tam dəstəkləyirik.
Azərbaycan və Avropa İttifaqı arasında olan xüsusi tərəfdaşlıq vasitəsilə Avropaİttifaqı kontekstində birlikdə çalışmağı arzu edirəm. Bu gün qeyd etdim ki, NATO-nun tərəfdaşı qismində verdiyiniz töhfələrə, xüsusilə Əfqanıstanda “Qətiyyətli dəstək” missiyasına verdiyiniz töhfəyə görə biz Sizə minnətdarıq. Lakin, eyni zamanda, ümumi kontekstə regional və qlobal təhlükəsizliyi müzakirə etdiyimizə, ümumi maraqlarımıza və ümumi gələcəyimizə görə Sizə təşəkkürümü bildirirəm.
Bir daha Sizə çox xoş axşam və Xorvatiyada xoş vaxt keçirməyi arzu edirəm.
Prezident İlham Əliyevin çıxışı
- Zati-aliləri, hörmətli xanım Prezident.
Xanımlar və cənablar, əziz dostlar.
Xanım Prezident, əvvəla icazə verin, dəvətə, mənə və nümayəndə heyətimə göstərdiyiniz qonaqpərvərliyə görə bir daha Sizə minnətdarlığımı bildirim. Biz Sizin gözəl ölkənizdə özümüzü həqiqətən evimizdəki kimi hiss edirik. Mənim rəsmi səfərim başa çatır və mən səfərin nəticələrindən çox razı qaldığımı qeyd etmək istəyirəm. Əminəm ki, səfər Azərbaycan ilə Xorvatiya arasında strateji tərəfdaşlıq münasibətlərini gücləndirəcək.
Xanım Prezident, biz müntəzəm olaraq təmasdayıq. Hamımız iki il bundan əvvəl Azərbaycana rəsmi səfərinizi xatırlayırıq. Aramızda yaranan əlaqələr ikitərəfli münasibətlərin inkişafına kömək göstərir. Keçən il Münxendə beynəlxalq konfrans zamanı Sizinlə görüşmüşük və bu gün Xorvatiyaya rəsmi səfərim zamanı görüşürük. Bu, onu nümayiş etdirir ki, ölkələrimiz arasında çox fəal siyasi dialoq prosesi gedir. Münasibətlərin inkişafı üçün çox güclü potensial mövcuddur.
Bu gün biz enerji, nəqliyyat, kənd təsərrüfatı, infrastruktur, sənayenin inkişafı sahələrində genişmiqyaslı əməkdaşlıq məsələlərini müzakirə etdik. Eləcə də regional məsələləri müzakirə etdik. Müzakirə etdiyimiz bütün məsələlərdə bizim ümumi yanaşmamız var. Bu, çox vacibdir. Bu, bizi həqiqi strateji tərəfdaş edir. Azərbaycan regionumuzun, Avropanın enerji təhlükəsizliyi məsələlərində öz rolunu oynayır. Biz daha da fəal rol oynamağa davam edəcəyik və bu mənada Xorvatiya ilə əməkdaşlıq bizim üçün mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan qitələrarası dəmir yolu əlaqəsi layihəsinin də təşəbbüskarı olub və bu da artıq Avropadan Asiyaya və əks istiqamətdə daşınan yüklərin həcminin əhəmiyyətli dərəcədə artmasına gətirib çıxarır. Bütün bu layihələr konkret nəticələri olan layihələrdir və bu layihələr bizi birləşdirir.
Avropa İttifaqı ilə münasibətlərimizdə bizə davamlı dəstək göstərdiyinə görə Xorvatiyaya minnətdarıq. Bu gün müzakirə etdiyimiz kimi, biz Avropa İttifaqı ilə yeni Sazişin tezliklə tamamlanmasına böyük ümidlər bəsləyirik və bu da bizim əməkdaşlığımızda çox mühüm mərhələ olacaq. Bu, bütün sahələri - Azərbaycanın siyasi, demokratik və iqtisadi inkişafını, enerji siyasətini, nəqliyyat, multikulturalizmlə bağlı olan sahələri əhatə edən hərtərəfli sənəddir. Bu, gələcəkdə Azərbaycan ilə Avropa arasında fəal əməkdaşlığı təmin edəcək mühüm bir sənəd olacaq.
Siz bizim NATO-nun “Qətiyyətli dəstək” missiyasına verdiyimiz töhfəni qeyd etdiniz. Biz lap əvvəldən Əfqanistandayıq, mən əsgərlərimizi nəzərdə tuturam. 2002-ci ildən bəri biz koalisiyaya qoşulmuş azsaylı ölkələrdən biriyik. Biz bu yaxınlarda Əfqanistandakı hərbi kontingentimizi 120 hərbiçiyə qədər artırmışıq. Bu da NATO-ya üzv olmayan ölkələr arasında ən yüksək göstəricilərdən biridir. Əlbəttə ki, biz koalisiya qüvvələrinə logistika, nəqliyyat dəstəyini, ərazimiz üzərindən uçuş imkanını təmin edirik və bizim töhfəmiz NATO və üzv ölkələr tərəfindən yüksək qiymətləndirilir.
Bizim mədəni əlaqələrimizin necə inkişaf etdirilməsi nöqteyi-nəzərindən yaxşı anlayışımız var və bu gün xüsusilə mədəni mübadiləyə aid sənədin imzalanması təbiidir. Azərbaycan dərin multikulturalizm, dinlərarası, sivilizasiyalarası dialoq ənənələri olan bir ölkədir. Bütün bunlar bizim üçün mühüm əhəmiyyət kəsb edir.Prezidentin Sərəncamı ilə 2016-ci il Azərbaycanda “Multikulturalizm İli” elan olunub. 2015-ci ildə biz birinci Avropa Oyunlarına ev sahibliyi etdik. 2017-ci ildə biz dördüncü İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdik. Beləliklə, iki il müddətində biz əməkdaşlıq formatını müəyyən etmək üçün bir şəhərə Avropadan,İslam aləmindən atletləri və dostları dəvət etdik. Bu oyunlar sadəcə idman tədbiri deyildi. Onlar insanları birləşdirən çox mühüm beynəlxalq tədbirlər idi.
Əlbəttə ki, biz hamımız Katolik Kilsəsinin rəhbəri, Roma Papası Fransiskin 2016-cı ildə Azərbaycana tarixi rəsmi səfərini xatırlayırıq. Onun Bakıdan çatdırdığı mesajlar həqiqətən də vacib idi. O, müxtəlif dinlərin nümayəndələri arasında daha çox anlaşmaya nail olmaq üçün bizim siyasətimizin vacibliyini vurğulamışdı. Beləliklə, Xorvatiya ilə müzakirə etdiyimiz və əvvəl qeyd etdiyim kimi, bütün məsələlərdə bizim ümumi anlaşmamız və yanaşmamız var. Bu, bizim tərəfdaşlığımızı daha da güclü edir.
Bu gün Sizin gözəl ölkənizi xoş ovqatla tərk edirəm. Mən həqiqətən özümü burada evdəki kimi hiss edirəm. Fürsətdən istifadə edərək əməkdaşlığımızı davam etdirmək üçün xanım Prezidenti bir daha Azərbaycana səfərə dəvət etmək istəyirəm.