Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Qarabağ müharibəsində itkin düşənlərin yeni siyahısı

qirmiz_-827c-d2c05a4ffe0d

 

Atəşkəs haqda razılaşmadan 20 ildən çox keçməyinə baxmayaraq, ailələr hələ də Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş əzizlərinin taleyindən bixəbərdir. 

 

Xeberinfo.com:   Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bakı nümayəndəliyinin təmsilçisi İlahə Hüseynova modern.az saytına bildirib ki, BQXK itkin düşən şəxslərin yenilənmiş siyahısını təqdim edib:
“Komitə münaqişə tərəflərinə BQXK-nin Bakı və Yerevan nümayəndəlikləri və Dağlıq Qarabağdakı missiyasında qeydiyyatdan keçirilmiş 4496 nəfər itkin şəxsin adı olan yenilənmiş siyahı təqdim edib.
Siyahı sonuncu dəfə 2004-cü ildə təqdim olunub və o vaxtdan bəri BQXK, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət komissiyaları və itkinlərin ailələri ilə sıx işləyərək silahlı münaqişə dövründə itkin düşmüşləri qeydiyyatdan keçirib, bu şəxslərin işlərilə ardıcıl məşğul olub”.
İ.Hüseynova qeyd edib ki, beynəlxalq humanitar hüquqa əsasən, münaqişə tərəfləri itkin düşmüş şəxslərin taleyini aydınlaşdırmaq üçün əlindən gələni etməlidir:
“Biz inanırıq ki, yenilənmiş siyahı hakimiyyət nümayəndələrinə məlumatı ümumiləşdirməkdə və bu yöndə səylərini artırmaqda kömək edəcək. Komitə neytral, qərəzsiz və müstəqil humanitar təşkilat olaraq tərəflərə öz təcrübəsi ilə və onların arasında neytral vasitəçi kimi dəstək verməkdə davam edəcək”.
Cenevrə Konvensiyalarına əsaslanan mandatına uyğun olaraq BQXK Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1992-ci ildən bəri bu regionda fəaliyyət göstərir və münaqişə nəticəsində itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması təşkilatın ümdə məqsədlərindəndir.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam