Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Pakistanın yeni prezidenti seçildi

 

Pakistanın yeni prezidenti seçildi
Avqustun ortalarında keçirilən parlament seçkilərində qələbə qazanan “Təhriki İnsaf” (Ədalət Uğrunda Hərəkat) partiyasının nümayəndəsi, 69 yaşlı Arif Əlvi Pakistanın yeni prezidenti seçilib. Pakistan Federal Parlamentinin 430 deputatından 212-si onun lehinə səs verib. 
Yenixeber.org: Bu barədə Pakistanın rəsmi xəbər telekanalı “PTV News” məlumat yayıb. Qeyd olunur ki, ilkin səsvermə nəticələrinə əsasən Əlvi növbəti 5 il ərzində Pakistanın prezidenti vəzifəsini icra edəcək. Rəqibləri - Pakistan Xalq Partiyasının nümayəndəsi Aitzaz Əhsən və bir neçə müxalifət blokunun ortaq nümayəndəsi Maulanə Fəzl-ur-Rəhman üzərində qələbə çalan Arif Əlvi artıq özü də qalibiyyətini elan edərək, sevincini pakistanlılarla bölüşüb. 

Qeyd edək ki, Pakistanda sayca 13-cü prezident seçkiləri bu gün keçirilib. Hazırda Pakistan Mərkəzi Seçki Komissiyası (MSK) səslərin sayılması prosesini davam etdirir. Pakistanın fəaliyyətədə olan prezidenti, “Pakistan Müsəlman Liqası”nın təmsilçisi Məmnun Hüseyn ikinci dəfə bu posta yiyələnmək üçün öz namizədliyini irəli sürməkdən imtina edib. Hüseynin prezident səlahiyətlərinin müddəti 9 sentyabrda başa çatacaq. 

Ekspertlərə görə, avqustun ortalarında keçirilən parlament seçkilərində yeni baş nazir İmran Xanın rəhbərliyi ilə “Təhriki İnsaf” partiyası inamlı qələbə qazanması və müxalifətin vahid nümayəndə təqdim edə bilməməsi Arif Əlvinin prezident seçilməsini labüd edib. 

Pakistanda prezidenti səsvermə üsulu ilə xüsusi seçicilər kollegiyası seçir. Kollegiyaya Pakistan Federal Parlamentinin aşağı və yuxarı palatalarının (Milli Assambleya və Senat), həmçinin ölkənin 4 əyalətinin qanunverici məclisinin 1174 deputat və senatoru daxildir. Pakistanda prezident federasiyanın simvolu və dövlətin başçısı hesab olunur, baş nazirin tövsiyyəsi üzrə bütün səlahiyyətləri həyata keçirir. 

Pakistanın yeni prezidenti Arif Əlvi “Təhriki İnsaf” (Ədalət Uğrunda Hərəkat) partiyasının təsisçilərindən biridir. 2006-2013- cü illərdə partiyanın baş katibi vəzifəsini icra edib. İxtisasca diş həkimidir. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam