Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

“Ölkəmizi tanıyaq” devizi ilə Nərimanov rayon məktəblilərinin növbəti qrupu yola salınıb

 

 

 "Xeberinfo.com": 2014-cü ilin 14 noyabr tarixində Nərimanov rayonun məktəblilərindən ibarət 40 nəfərlik növbəti qrup ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədilə respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə səyahətlərinin təşkilinə dair Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin tapşırığına əsasən, 67 şəhər və rayondan 14 minə yaxın IX-XI sinif şagirdini əhatə edəcək “Ölkəmizi tanıyaq” devizi ilə maarifləndirici tur-aksiyaları layihəsi çərçivəsində Fizuli-Ağcabədi-Ağdam-Bərdə-Tərtər-Naftalan marşrutu üzrə yola salındılar. Məktəblilərə tur boyunca bələdçi, müəllim və tibb işçisi nəzarət edəcəkdir.

 

 

Yolasalma mərasimində Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova məktəblilərin sözügedən regionların qədim tarixi, mədəniyyət abidələri, müasir simasını əks etdirən Heydər Əliyev Mərkəzləri, tarix-diyarşünaslıq muzeyləri, gənclər mərkəzləri, Bayraq meydanları, rəsm qalereyaları və s. obyektlərlə tanış olacaqlarını qeyd edib və şagirdlərə uğurlar arzulayıb.

 

Məktəbliləri yola salan müəllim və valideynlər məktəblilərə səfərlə bağlı tövsiyələrini verdilər, onlara mənalı istirahət, zəngin təəssürat arzuladılar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam