Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Ölkəmizi tanıyaq” devizi ilə Nərimanov rayon məktəblilərinin ölkə turu başa çatıb

 

 

"Xeberinfo.com": Nərimanov rayonun məktəblilərinin Fizuli-Ağcabədi-Ağdam-Bərdə-Tərtər-Naftalan marşrutu üzrə - “Ölkəmizi tanıyaq” devizi ilə ölkə turu başa çatıb.

Qeyd edək ki, ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədilə respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə səyahətlərinin təşkilinə dair Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin tapşırığına əsasən, 67 şəhər və rayondan 14 minə yaxın IX-XI sinif şagirdini əhatə edəcək “Ölkəmizi tanıyaq” devizi ilə maarifləndirici tur-aksiyaları layihəsi çərçivəsində 2014-cü ilin 9 noyabr tarixində Nərimanov rayonun məktəblilərindən 40 nəfəri Fizuli-Ağcabədi-Ağdam-Bərdə-Tərtər-Naftalan marşrutu üzrə yola salınmışdırlar.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 Məktəblilər sözügedən regionların qədim tarixi, mədəniyyət abidələri, müasir simasını əks etdirən Heydər Əliyev Mərkəzləri, tarix-diyarşünaslıq muzeyləri, gənclər mərkəzləri, Bayraq meydanları, rəsm qalereyaları və s. obyektlərlə tanış olublar.

Həmçinin qeyd edək ki, “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində keçirilən intellektual oyunun qalibi də məhz Nərimanov rayonunun məktəbliləri olub.

Məktəbliləri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova qarşılayıb və Respublikanın bölgələrinə səyahətdən qayıdan şagirdlərin tur barədə fikirlərini dinləmiş və onlara təhsillərində uğurlar arzulamışdır.

 

Məktəblilər ölkə turundan zəngin təəssüratlarla ayrıldıqlarınıqeyd etdilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam