Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İlham Əliyev İran prezidentinin müavinini qəbul etdi

 

Prezident İlham Əliyev İran İslam Respublikası Prezidentinin müavini, mədəni irs, əl işləri və turizm təşkilatının sədri Məsud Soltanifəri qəbul edib.

Xeberinfo.com:   Məlumata görə, Dövlət başçısı İran İslam Respublikasının BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda yüksək səviyyədə təmsil olunmasından məmnun olduğunu deyib və bunu dostluğumuzun növbəti göstəricisi kimi qiymətləndirib. Son vaxtlar İran İslam Respublikasının yüksək vəzifəli şəxslərinin ölkəmizə səfər etdiklərini vurğulayan Prezident İlham Əliyev İran Prezidenti Həsən Ruhani ilə bu yaxınlarda İstanbuldakı görüşünü də məmnunluqla xatırlayaraq bildirdi ki, bütün bunlar ölkələrimiz arasında münasibətlərin nə qədər yüksək səviyyədə olmasını göstərir. Dövlət başçısı ikitərəfli əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

İran İslam Respublikası Prezidentinin müavini, mədəni irs, əl işləri və turizm təşkilatının sədri Məsud Soltanifər BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda yüksək səviyyədə təşkilinə görə minnətdarlığını ifadə edib. Hələ Gilan valisi vəzifəsində çalışdığı vaxt bir neçə dəfə Bakıda, Gəncədə və Azərbaycanın digər yerlərində olduğunu deyən iranlı qonaq budəfəki səfəri zamanı son vaxtlar ölkəmizdə gedən böyük inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib və bütün sahələrdə əldə olunan nailiyyətlər münasibətilə Dövlət başçısını təbrik etdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam