Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Dünyanın 5 ən güclü ordusu

 

Orduların gücü əsgərlərin sayı ilə ölçülmür.

"Xeberinfo.com":National İnterest məcmuəsinin başlığı ordularla bağlı olsa da, əslində quru qoşunlarını müqayisə edir.

Şimali Koreyanın quru qoşunlarında 950 min hərbçi var. Ancaq Şimali Koreya bu ordusunun gücünü yarımadadan qırağa çıxarda bilmir. Myanmar, İran və Vyetnam orduları sayca Almaniya ordusundan çoxdur.

Texnologiya çox vacibdir, ancaq o da həlledici deyil.

62 minlik Almaniya Ordusu 1 milyon 100 min hərbçisi olan Hindistan ordusuna qalib gələ bilərmi?

National interest yazır ki,orduları müqayisə etmək çox çətindir. Ancaq dünyada bir ordu var ki,onun hamıdan güclü olmağı sual doğurmur. Bu, ABŞ ordusudur. Bu ordunun quru qoşunlarında 535 min hərbçisi var. Onların əksəriyyəti təcrübəli veteranlardır. Ordunun texniki təchizatı ən müasir səviyyədədir. Bu yeganə ordududur ki,gücünü dünyanın istənilən nöqtəsinə yönəldə bilər.

Xüsusi əməliyyatlar komandanlığında 28 min 500 nəfər var.

Çin ordusu Asiyada ən böyük ordudur. Çinin quru qoşunlarında 1,6 milyon hərbçi var.Çin ordusu gücünü bütün dünyaya yönəltmək iqtidadırnda deyil, hərçənd bu imkanı getdikcə artır.

Çin ordusu ölkənin ətrafındakı ərazilərə isə, öz gücünü, necə deyərlər, proyeksiya edə bilər.

Asiyada ikinci ən böyük ordu Hindistandadır.Hindistanın 1,1 milyonluq ordusunun belə çoxsaylı olmağının səbəbi ölkənin sərhədlərinin çox uzun olması və ölkənin Çin və Pakistan kimi iki rəqibi arasında yerləşməsi ilə bağlıdır.

National İnterest daha sonra Rusiyaya keçir. Rusiyanın quru qoşunlarında 285 min hərbçi var. Bu, ABŞ ordusundan sayca iki dəfə azdır. Rusiyanın quru qoşunları müasir texnika ilə yaxşı təchiz olunub.

National interest Rusiya ordusunu Çin ordusu ilə müqayisə etmir. Ancaq növbəti ordu haqda yazır ki, Britaniya ordusunun quru qoşunları,şübhəsiz, Avropada ən güclü quru qoşunlarıdır. Britaniya ordusu ən miqyaslı əməliyyatlara qadirdir. Britaniya ordusu sayca da nisbətən azdır, burda cəmi 102 min hərbçi var. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam