Çin prezidenti Şi Jinping Hebei vilayətində yerləşən Çin Xalq Qurtuluş Ordusu Mərkəzi Komandanlığının minlərlə əsgərini ziyarəti zamanı diqqətçəkən fikirlər səsləndirib.
Yenixeber.org xarici mediaya istinadən xəbər verir ki, Çin lideri əsgərlərə müharibəyə hazır olmaq və ölkələrini müdafiə edən zaman heç nədən qorxmamaq əmri verib. "Nə çətinliklərdən, nə də ölümdən qorxun" deyən Jinping ordunun müasirləşdirilməsi barədə də göstəriş verib.
2 milyon əsgəri ilə dünyanın ən güclü ordusu statusunu qazanan Çin ordusunun güclənməsi və Asiyada geopolitik vəziyyətin gərginləşməsi hətta ABŞ ordusunun təhlükəsizlik strategiyasında ciddi dəyişikliklərə səbəb olub.
2012-ci ildə prezident vəzifəsinə gələn Şi Jinping ordunun potensialının artırılmasını, 2050-ci ildə dünya standartlarına cavab verən Çin ordusunun yaradılmasını əsas hədəf elan edib.
Qeyd edək ki, son illərdə Şimali Koreyanın nüvə hədələri, ABŞ prezidenti Donald Trampın müharibə açıqlamaları, Yaponiyanın Cənubi Çin dənizində, Hindistanın isə Himalay bölgəsində iddiası Çində hərbiləşmə prosesinə ciddi təsir göstərən amillərdəndir.