Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ABŞ daha bir ölkədə xaos yaradır

 

ABŞ daha bir ölkədə xaos yaradır
Nikaraqua prezidenti Daniel Orteqa bəyan edib ki, ABŞ-ın onun ölkəsində şiddət dalğasını maliyyələşdirdiyinə dair əlində kifayət qədər sübut var.
 Yenixeber.org: Orteqa bu barədə “Euronews” telekanalına müsahibəsində deyib.

“Biz Nikaraquaya bir neçə dəfə silahlı müdaxilə edən ABŞ kimi güclü düşmənlə üzləşmişik və onlar Nikaraquanın daxili işlərinə qarışmağa davam edirlər. Onlar bir neçə yolla - ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və digər Amerika təşkilatlarının vasitəsilə guya özlərinin dediyi kimi, Nikaraquda demokratiya üçün milyonlar elan edirlər. Lakin ayrılan həmin pullar başqa ehtiyac və məqsədlərə - Nikaraquanın destabilizasiyasına, 2007-ci ildə biz yenidən hakimiyyətə gələndən sonra cinayətlər törədən silahlı qruplaşmaların fəaliyətinin stimullaşdırılmasına və ölkədə şiddətə təhrikə xərclənir.” - deyə Orteqa vurğulayıb.

20 iyulda USAID Nikaraquada demokratiya və insan haqqlarının dəstəklənməsi üçün əlavə olaraq daha 1,5 milyon dollar ayırdığını bəyan edib. Bir sıra dövlətlər USAID-i ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin tapşırıqlarını yerinə yetirməkdə ittiham edərək öz ərazilərində təşkilatın fəaliyyətinə qadağa qoyublar.

Qeyd edək ki, aprel ayından etibarən Mərkəzi Amerikada yerləşən Nikaraquada hökumət əleyhinə etirazlar keçirilir. Səbəb isə işəgötürənlər və işçilərin sosial sığorta fondlarına ayırdıqları məbləğin artırlmasına dair hökumətin islahat planıdır. Prezident Orteqa artıq bu planı ləğv edib. Lakin buna baxmayaraq, ölkədə etirazlar dayanmayıb. Apreldən etibarən Nikaraquadakı hökumət əleyhinə etirazlarda ölənlərin sayı 448-ə çatıb. Orteqa müxalifətin tələbilə növbədənkənar seçkilər keçirməkdən imtina edir və baş verənləri təxribat adlandırır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam