Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Ermənistan ordusunda növbəti irimiqyaslı korrupsiya

 

Ermənistan ordusunda növbəti irimiqyaslı korrupsiya
Ermənistanın Milli Təhlükəszilik Xidməti (MTX) Masis rayonunda hərbi komissarlıq, həkimlər, Müdafiə Nazirliyinin əməkdaşları və hərbi xidmətə çağırılanlar arasında qurulan növbəti irimiqyaslı korrupsiya sxeminin üstünü açıb. Bu barədə MTX-nin mətbuat xidməti məlumat verib. Qeyd olunur ki, aparılan istintaq-əməliyyat işləri nəticəsində ordudakı korrupsiya şəbəkəsi ifşa olunub və onun üzvlərinin orduya çağırılan erməni gənclərə hərbi xidmətdən möhlət sənədi təqdim etdikləri aşkarlanıb.
Yenixeber.org: İstintaq materiallarına əsasən, Masis hərbi komissarlığının bölmə rəisi, kimliyi tam açıqlanmayan S.B. aldığı 7 min ABŞ dolları müqabilində bu ilin hərbi xidmətə ilk çağırışında saxta sənədlər düzəldərək 4 erməni gəncini hərbi qulluqdan azad edib. O, əldə etdiyi pulun bir hissəsini “lazımi diaqnoz” qoyduğu üçün tibb mərkəzinin işçisinə, digər bir qismini isə hərbi komissarlığın M.Q. adlı mayoruna verib.

Həmçinin, Masis hərbi komissarlığının rəisinin hələ vəzifəyə yeni təyin olunan zaman bir çox oxşar korrupsiya cinayətlərinin də üstü açılıb. Aydın olub ki, o, davamlı şəkildə müxtəlif vəzifəli şəxslər və həkimlərlə əlbir olaraq şəbəkə yaradıb və külli miqdarda vəsait qarşılığında erməni gənclərin hərbi xidmətdən yayınmasına kömək edib. Hazırda MTX orduda ifşa edilən korrupsiya şəbəkəsinin bütün üzvlərini həbs edib və onlara qarşı cinayət işi açılıb, istintaq aparılır.





Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam