Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Dövlət rəsmiləri "Sınıq Körpü"də - FOTO

 

Dövlət rəsmiləri "Sınıq Körpü"də - FOTO
Bu gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Azərbaycanın Gürcüstanla dövlət sərhədində yerləşən "Sınıq Körpü" sərhəd-keçid məntəqəsində mövcud vəziyyətlə tanış olublar.
Yenixeber.org: Dövlət Gömrük Komitəsindən  verilən məlumata görə, qurum rəhbərləri sərhəd-keçid məntəqəsində mövcud vəziyyəti müzakirə edib, eyni zamanda, vətəndaşlar və sürücülərlə görüşərək sərhədkeçmə prosesindəki vəziyyətlə bağlı onların rəy və təkliflərini dinləyiblər.

Səfər çərçivəsində "Sınıq Körpü" sərhəd-keçid məntəqəsinin infrastrukturunun təkmilləşdirilməsi prosesində görüləcək işlər barədə müzakirələr aparılıb.

Qurum rəhbərləri xidmət səviyyəsinin yüksəldilməsi, sərhəd-keçid məntəqəsində baş verən sıxlıqların gələcəkdə təkrarlanmaması üçün aparılacaq yenidənqurma işlərinin səmərəliliyinin təmin olunması, sərhədkeçmə prosesinin sürətli, şəffaf və maneəsiz şəkildə həyata keçirilməsinə dair tapşırıq və tövsiyələrini veriblər.








Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam