“Bu, səviyyəsiz adamların işidir”
Bu gün Azərbaycanda radio və televiziya işçiləri peşə bayramını qeyd edir. 88 il əvvəl Bakıda ilk dəfə radio verilişləri öz yayımına başlayıb.
"Xeberinfo.com":“Azərbaycan radiosu və televiziyası örnəkdir, düz yoldadır. Xalqa xidmətin yolu bu düz yoldan keçir”.
Bunu AzNews.az-a Azərbaycan Dövlət Televiziya və Radiosu "Xalq yaradıcılığı" redaksiyasının baş redaktoru Tahir Talıblı bildirib.
Tahir Talıblı müsahibəsində digər maraqlı məqamlara da toxunub.
-Bir vaxtlar Dövlət radiosunda 10 nəfərə bir kompüter düşdüyü halda, indi bu sahədə vəziyyət necədir?
-Mən başqa redioalara da gedirəm. Burada olan avadanlıq, şərait yüksək səviyyədədir. Yeni avadanlıqlarla təchiz olunub. Elə bir problem yoxdur.
-Dövlət radiosu elə bir yerdir ki, orada illərlə işləyən və təcrübə toplayan şəxslər çaılışır. Yeni kadrların radioya cəlb olunmasında hansı işlər görülür?
-Xeyli gənclər gəlib. Radio spesifik sahədir. Öyrənirlər. Tanıdığım gənclərdən deyə bilərəm ki, pis deyillər. Çəkilişlərə çıxırlar, veriliş aparırlar. Əfsanə adında gəncimiz var. Təqaüdlərlə bağlı elə çıxış edir ki, sanki Fondun mütəxəssisdir. Savalan adlı gənc də özünü yaxşı jurnalist tanıtmağa nail olub. Eləcə də Türkan adlı işçimizin güclü qələmi var. Gənclərdən elə bir narazılığım yoxdur. Onlar bizi əvəzləyəcəklər. İndi elə verilişlər var ki, dərin mənalı, etnoqrafik verilişlərdir. Təbii ki, gənclər hələ ki, bu mövzulara girişə bilmirlər, amma arzu edərdim ki, radioya “Bulaq” verilişini hazırlayanlar kimi yazarlar gəlsin.
-Gələcəkdə Dövlət radiosuna uyğun olmayan əyləncəli, maqazin verilişləri hazıqlamaq fikriniz varmı?
-Deyim ki, şou tipli verilişlər yoxdur. Çalışırıq ki, etnoqrafik, elmi, ictimai, insanları pis mənada qıcıqlandırmayan verilişlər olsun. Bu mənada bir neçə verilişin adını çəkə bilərəm. Məsələn, “Bulaq” verilişinin bu il 45 yaşı tamam olur. Əgər bu veriliş düz yolla getməsəydi, o yan bu yana sapsaydı, bu qədər ayaq üstə qala bilərdimi? Bunun kimi “Axşam görüşləri”, “Gün doğandan, gün batana”, “İpək yolu”, müvəqqəti dayandırılan “Böyük çöl ” verilişi var. Yəni bunların hamısı tarixi özündə əks etdirən proqramlardır. Əyləncəli folklor oyunları, rəqslərimizlə bağlı “Tərəkəmə” verilişi var. Şərt o deyil ki, şou ilə çoxsaylı dinləyici yığasan. Elmi verilişlərin də içində bir şou eləmətləri var. Bu mənada Azərbaycan radiosunda bu verilişlər yaxşı dinlənilir. Çünki proqramlardan sonra redaksiyaya, jurnalistlərə dinləyicilərin minnətdarlıq dolu zəngləri gəlir. Bundan başqa çalışırıq ki, keçmiş əməkdaşlarımızın, əməyi olan insanlarımızın həyatını, fəaliyyətini çanlandıran verilişlərimiz var. Bir sözlə, Azərbaycan radiosu və televiziyası örnəkdir, düz yoldadır. Belə də olmalıdır. Xalqa xidmətin yolu bu düz yoldan keçir. Verilişlərdə çalışırıq ki, elm və tarixə düzgün izah verək. Məsələn, bizdə elə elmi izahlar olur ki, bəlkə Milli Elmlər Akademiyası bunu etmir, biz isə edirik. Redaksiyada folklor tədqiq olunur, toplanır, həm də efirə verilir. Bu mənada müsbət iş görülür.
-Əvvəllər Dövlət radiosu haqqında ictimaiyyətdə mənfi rəy formalaşmışdı. İndi vəziyyət nə yerdədir?
-Bu fikirlə razı deyiləm. Bu dövlətin radiosudur. Təbii ki, dövlətin mənafeyini güdməlidir. Azərbaycan televiziyası və ya radiosu ilə bağlı mənfi rəylərin formalaşması fikirləri ilə razı deyiləm. Elə bir şey eşitməmişəm. Bu səviyyəsiz adamların yaydıqları bir şeydir. Azərbaycan televiziyasının arxivində nə qədər maraqlı verilişlər var. Hər ilin, hər dövrün tamaşaları var ki, bu tamaşalar min illərlə Azərbaycan xalqına gərəklidir. Qaldı ki, gənclər arasında belə bir fikrin formalaşmasına aşıq Abbas Tufarqanlının dediyi kimi,
Ay hazarat, bir zamana gəlibdir,
Ala qarğa şux tərlanı bəyənməz.
Oğullar atanı, qızlar ananı,
Gəlinlər da qaynananı bəyənməz.
Əgər gəlin qaynanadan yaxşı xorək bişirmirsə, o, gəlin deyil. Bu gün gənclər daha strateji maraqlarla gəlmirsə, deməli o, gənc deyil. Siz burada bayağı bir mahnı, veriliş eşidə bilməzsiniz. Elə adamlar var ki, onlar oxuyanda mən radionu bağlayıram. Çox şükürlər olsun ki, bizdə belə şeylər yoxdur. Bundan baqşa Azərbaycan radiosu Azərbaycan dilinin qoruyucusudur. Məsələn, “Bulaq verilişi”, eləcə də başqa etnoqrafiq verilişlər də dönə-dönə sübut edib ki, Azərbaycan radiosu Azərbaycan dilinin qoruyan, saxlayan gələnək ötürücüdür. Arxivimizdən, materiallardan yararlanıb dissertasiya müdafiə edənlər var.
-Bu gün Dövlət radiosunda orta yaş həddi nə qədərdir?
-Burada cavan da, yaşlı da işləyir. 25 yaşdan 80-ə kimi işçimiz var. Burada elə rejissorlar var ki, onlar canlı məktəbdir. Azərbaycan radiosu və televiziyası canlı korifeylərdir, məktəbdir. Buradan bir çox televiziya və radioya peşəkarlar verilib.
-Həmişə yaşlı nəsillə gənc kadrlar arasında qısqanclıq olur. Sizdə də belə qısqanclıqlar yaşanırmı?
-Heç bir qısanclıqdan söhbət gedə bilməz. Niyə qısqanclıq olmalıdır ki? Lap gənclərin özündən soruşun, burada onlara necə şərait yaradılır. Burada çox gözəl yaradıcılıq mühiti var.
- Bayram günü həmkarlarınıza nə arzulayardınız?
-Bütün qələm adamlarımı təbrik edirəm. Azərbaycan radiosu 88 il bundan öncə “Diqqət, Diqqət. Danışır, Bakı” sözləri ilə Azərbaycan xalqının imzasını qoydu. Efirdə milyardlarla səslənən səslərin içində seçilən səs oldu. Bu gün Azərbaycan radiosu müxtəlif yerlərə ərəb, fars, kürd, erməni, gürcü dilində verilişlər yayımlayır. Azərbaycan radiosu efir məkanlarında layiqli yer tutub.