Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Günün xəbəri

Trampdan İran və Suriyaya xəbərdarlıq

Trampdan İran və Suriyaya xəbərdarlıq
ABŞ prezidenti Donald Tramp İordaniya kralı II Abdulla ilə görüşündə Suriyanın cənub-qərbindəki hücumlarla əlaqədar narahatlığını bildirib.

Yenixeber.org: Bu barədə Ağ Evin yaydığı məlumatında bildirilib.
Prezident Tramp məqsədinin İranın Suriya Ərəb Respublikası və bütün Yaxın Şərqdə zərərli təsirinin qarşısını almaq olduğunu vurğulayıb. Həmçinin, Suriyada hökumət qüvvələrinin ölkənin cənub-qərbinə etdiyi hücumlarla bağlı narahatlığını ifadə edib” – deyə bəyanatda qeyd olunub.

Tramp İordaniyada iqtisadi islahatların keçirilməsinə, eyni zamanda, israillilər ilə fələstinlilər arasında davamlı sülhün əldə olunması üzrə görülən işlərə dəstəyi davam etdirəcəklərini vurğulayıb.

Qeyd edək ki, mayda ABŞ prezident administrasiyası İdlib də daxil olmaqla, Suriyanın şimal-qərb rayonlarının bərpasına maliyyə yardımı ayrılmasını dayandırıb. Söhbət 200 milyon dollardan çox vəsaitdən gedir. Vaşinqton bəyan edib ki, Suriya prezidenti Bəşər Əsədin nəzarət etdiyi regionların bərpasına pul xərcləmək istəmir. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam