Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Elçin Quliyev 2000 hərbçi ilə 2 km uzunluqda olan bayrağı daşıdı -FOTOLAR

Elçin Quliyev 2000 hərbçi ilə 2 km uzunluqda olan bayrağı daşıdı - FOTOLAR
Azərbaycan sərhədçiləri “15 iyun - Azərbaycan xalqının Milli Qurtuluş günü”nün 25-ci ildönümünü qeyd edirlər.
Yenixeber.org: Xidmətinin mətbuat xidmətindən verilən məlumata görə, Dövlət Sərhəd Xidmətinin Yevlax rayonunda yerləşən hərbi hissəsində dövlət himninin səslənməsi ilə başlanan tədbirdə çıxış edən Dövlət Sərhəd Xid-mətinin rəisi general-polkovnik Elçin Quliyev Azərbaycan xalqının “Milli Qurtuluş günü”nün 25-ci ildönümü münasibətilə şəxsi heyəti təbrik edib, Ulu Öndər Heydər Əliyevin sarsılmaz iradəsi, əzmi və zən-gin dövlətçilik təcrübəsi sayəsində qısa zaman ərzində ölkədə sabitliyi bərpa et-məsini, tənəzzülün qarşısını alaraq dövlətçiliyimizi qorumasını, müstəqilliyimizin əbədiliyini və dönməzliyini təmin etməsini böyük fərəh hissi ilə xatırlayıblar.



95 illik yubileyini qeyd etdiyimiz Ümummilli Lider Heydər Əliyevin dövlət sər-hədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı istiqamətindəki xidmətləri, böyük dövlət xadiminin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayə-sində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırılması xüsusi qeyd olunub.



Təntənəli düzülüşdən sonra dövlət müstəqilliyimizin rəmzi və hər bir azər-baycanlının qürur mənbəyi olan, 2 km uzunluqda Dövlət Bayrağımız başda DSX-nin rəhbər heyəti, generallar və zabitlər olmaqla 2000 nəfərdən çox sərhədçinin çiyinləri üzərində hərbi hissədən çıxarılaraq vətənpərvərlik mahnılarının sədaları və yerli sakinlərin izdihamlı alqışları altında zəfər yürüşü keçirilib.



“Zəfərə doğru” sərhədçi yürüşü Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətçiliyimizi qüdrətləndirəcək və bütün sərhədlərimiz boyu üçrəngli bayrağımızı dalğalandıracaq böyük zəfərlərin təzahürü olub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam