Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Nərimanov rayonunda tədbir keçirilib

 

 

Ukraynanın faşist işğalçılarından azad olunmasının 70-ci ildönümü ilə əlaqədar bayram tədbiri keçirilib.

 

"Xeberinfo.com": 28 oktyabr 2014-cü il tarixində Nərimanov rayonunda yerləşən “Qardaşlıq məzarlığı” Əbədi Xatirə Kompleksində Ukraynanın faşist işğalçılarından azad olunmasının 70-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə veteranlar, Ukraynanın Azərbaycan Respublikasındakı səfiri və səfirliyin əməkdaşları, diaspora üzvləri, Nərimanov Rayon İcra Hakimiyyətinin, Ukrayna icmasının və Nərimanov rayonu ictimaiyyətinin nümayəndələri və gənclər iştirak ediblər.

Əvvəlcə Azərbaycanın və Ukraynanın dövlət himnləri səsləndirilib.

Böyük Vətən Müharibəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qeyd olunmuşdur ki, bu gün Ukraynada, eləcədə və dünyanın bir sıra ölkələrində Ukraynanın alman faşist işğalçılarından azad olunmasının 70-ci ildönümü yüksək təntənə ilə qeyd olunur.

 

70 il öncə II dünya müharibəsində qazanılan qələbədə, o cümlədən Ukraynanın alman faşist işğalçılarından azad olunmasında dünyanın bir çox xalqlarının, millətlərinin payı, rolu, fəaliyyəti var. Ukraynanın azad olumasında Azərbaycanın da qəhrəman oğul və qızları fədakarcasına vuruşub, onların əksəriyyəti döyüşlərdə qəhrəmancasına həlak olub.

            Tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov vurğulayıb ki, Böyük Vətən Müharibəsində 400 mindən çox azərbaycanlı cəbhədə göstərdikləri igidliyə görə döyüş orden və medalları ilə təltif olunublar. 123 nəfəri isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

       Ş.İbadov qeyd etmişdir ki, Azərbaycanlılar təkcə cəbhədə yox, eyni zamanda arxa cəbhədə də igidlik göstərərək döyüşən ordunun yanacaq, silah, ərzaq və paltarla təmin olunmasında böyük köməklik göstəriblər. Müharibə illərində bütün neft məhsullarının 70 %-i Bakıda istehsal olunmuş və fasiləsiz olaraq cəbhəyə çatdırılıb. Sovet Ordusunun bütün texnikası demək olar ki, Bakı nefti ilə işləyib.

        

        

    Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Aleksandr MişenkoAzərbaycan dövlətinin rəhbərliyinin veteranlara göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirib.Səfir, Azərbaycanın müharibə illərində verdiyi töhfələri böyük qəhrəmanlıq adlandırıb.

 

Yekunda tədbir iştirakçıları 1941-1945-ci illər müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidə önünə əklil qoyub və gül dəstələri düzüblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam