Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İsrail geri addım atdı

 

Əl-Əqsa məscidinə bütün müsəlmanların girişinə icazə verildi

"Xeberinfo.com": İsrail höküməti bir neçə həftə bundan əvvəl tətbiq olunan yaş məhdudiyyətini aradan qaldıraraq Əl-Əqsa məscidinə bütün müsəlmanların girişinə icazə verib.

Məlumata görə, dünən on minlərlə müsəlman Əl-Əqsa məscidində cümə namazı qılıb.

Rəsmi Tel-Əviv bu addımı Ommanda ABŞ dövlət katibi Con Kerrinin İsrail və Fələstin rəhbərləri, həmçinin formal olaraq Əl-Əqsa məscidlər kompleksinin hamisi sayılan İordaniya kralı ilə danışıqlarından sonra atıb. Görüşün nəticəsi olaraq tərəflər gərginliyin azaldılması istiqamətində konkret addımlar atmaq qərarına gəliblər.

Yüksək təhlükəsizlik tədbirlərinin görüldüyü məsciddə və qədim şəhərin darvazaları önündə heç bir insident qeydə alınmayıb.

Bununla belə, İordan çayının qərb sahilində, xüsusən də bir neçə gün bundan əvvəl fələstinli gəncin İsrail hərbçiləri tərəfindən qətlə yetirildiyi Hevron şəhərində gərginlik hökm sürür. Burada tərəflər arasında toqquşmaların davam etdiyi bildirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam