Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Pambıq tarlasında zəhərlənənlər danışırlar:"Boğazım gicikdi, sonra zəhərləndim, sonra sudurğa tutmuşam" - VİDEO - FOTO

 Dünən axşam Saatlının Sımada kəndi ərazisindəki pambıq sahəsində becərmə işi apararkən pambıqçılar zəhərləniblər

Yenixeber.org: Zəhərlənən sakinlərdən 20 nəfəri Saatlı rayon xəstəxanasına, 4 nəfəri isə Bakıya çatdırılıb.

Nuridə Dadaşova - Zərərçəkən: "Mənim boğazım gicikdi, sonra zəhərləndim, sonra sudurğa tutmuşam. İndi bir az pisləşmişdim sistem qoyublar".

Əvvəlcə sahədə işləyən bir neçə nəfərdə baş gicəllənmə, qıcolma və digər hallar müşahidə edilib. Zəhərlənənlərə kömək məqsədilə sahəyə gələnlər də eyni hala düşüblər.

Dilarə Nəcəfova - Zərərçəkən: "Alaq eləyəndə zəhərlənmişik, pambıqda".

Murad Hüseynov - Zərərçəkən: "Zəhərlənən kimi 20 nəfər onlara köməyə gəldi. Köməyə gələn kimi nəfəsdə hamı təmasda olan kimi keçdi".

Baloğlan Dadaşov - Zərərçəkən: "O biri dəstəyə kömək edəndə onlardan keçdi zəhərlənmə. Birinci qaşınma gəldi, sonra baş gicəllənməsi, sonra yerə yıxıldım".

Hadisə ilə bağlı paytaxtdan Kliniki Tibbi Mərkəzin bir qrup həkimi Saatlıya ezam olunub.

Hikmət Mehdiyev - Tibb işçisi: "Mən tibb işçisiyəm. Hadisə yerinə təcili yardım çağırıldı. Orda xəstələrə yardım eləyərkən, bu vəziyyətə düşdüm. Birdən-birə qıcolma kimi gəldi. Yardım olunandan sonra özümə gəldim, sonra gördüm ki, belə olmuşuq".
Əhədağa Sultanov - Həkim: "Xəstəyə baxış keçirilən zaman aydın olmuşdur ki, xəstədə kimyəvi inhalasyon inseksidri zəhərlənmə diqanozu ilə xəstələrin müraciət etmişlər. Burada olan xəstələrin ümumi vəziyyəti daxil olarkən müraciət etdiklərinə nisbətən demək olar ki, yaxşılaşıb. Hal-hazırda da xəstənin müalicəsi davam etdirilir.

Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.
Milli.Az

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam