Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Tbilisidə yenidən etiraz aksiyaları başlayacaq




Tbilisidə yenidən etiraz aksiyaları başlayacaq
Tbilisidə hökumət əleyhinə etiraz aksiyalarının təşkilatçısı, ötən ilin dekabrında bıçaqlanaraq öldürülən 2 məktəblidən birinin atası Zaza Saralidze 10 iyundan sonra mitinqləri yenidən bərpa edəcəklərini bildirib.
Yenixeber.org: “RİA Novosti” xəbər verir ki, Zaza Saralidze oğlu David Saralidzenin və digər yeniyetmənin qətlləri üzrə istintaq işində Gürcüstan hökumətinin yetərli tədbirlər görmədiyini və konkret addımlar atmadığını deyib. O, tələb edib ki, hökumət iyunun 10-dək şagirdlərin qətlinə dair istintaqı yekunlaşdırmalıdırlar, əks təqdirdə aksiyalar davam etdiriləcək.

“İyunun 10-dək konkret addımlar gözləyirəm. Mənim planım hamıya bəllidir. 10 iyunadək vaxt vermişəm və konkret şəxslərin adını çəkmişəm ki, onları həbs etsinlər. Çünki onların tutulması üçün tam əsaslar mövcuddur. Əgər onlar həbs olunmasa, onda ədalətin bərpası tələbilə aksiyalar davam edəcək” – deyə David Saralidze jurnalistlərə bildirib.

Bu gün səhər Gürcüstanın baş naziri Georgi Kvirikaşvili isə bəyan edib ki, hökumət məsələ ilə bağlı artıq bir sıra tədbirlər həyata keçirib. Parlamentdə təhqiqat komissiyası yaradılıb. Daxili İşlər Nazirliyi isə yeniyetmələrin qətl işi üzrə məsuliyyətdən yayınan, maliyyə və digər vasitələrilə məhkəmənin çıxaracağı qərara təsir etməyə çalışan şəxslərin müəyyənləşdirilməsi üçün yenidən istintaqa başlayıb. Ədliyyə Nazirliyi isə baş prokuror vəzifəsinə yeni namizədin təyin olunması üçün QHT-lər və ölkə əhalisi ilə məsləhətləşmələr aparır.

Xatırladaq ki, ötən ilin dekabrında Tbilisidə 2 məktəblinin bıçaqlanaraq öldürülməsi məsələsinə görə bir neçə gün əvvəl kütləvi etiraz aksiyaları keçirilib və günlərlə davam edib. Aksiyaların təşəbbüskarı ölən yeniyetmələrdən biri - David Saralidzenin birinin atası Zaza Saralidzedir. O iddia edir ki, 51 nömrəli məktəbin yuxarı sinif şagirdləri arasında baş verən kütləvi davada oğlunu polisin tutduğu şəxslər yox, məhz prokurorluğun qorumağa çalışdığı yüksək vəzifəli məmurların övladları çoxsaylı bıçaq zərbəsilə öldürüblər.

Məlum hadisə bütün Gürcüstanda böyük əks-səda yaradıb və nəticədə Gürcüstanın baş prokuroru İrakli Şotadze istefa verib. Bu, etirazçıları qane etməyib və onlar indi də Gürcüstanda cinayətləri ört-basdır edən prokuror və məhkəmə işçilərinin, həmçinin baş nazir Georgi Kvirikaşvilinin istefasını tələb ediblər. Etirazçılar prokurorluq və məhkəmələrin korrupsiyalaşdığını, hökumətin isə buna şərait yaratdığını və baş verənlərə göz yumduğunu bildiriblər. Georgi Kvirikaşvili isə istefa verməyəcəyini bəyan edib.

Etirazlar nəticəsində 2 şagirdin qətl işinə yenidən baxan Tbilisi şəhər məhkəməsinin çıxardığı hökmlə cinayəti törədən 2 nəfər yeniyetmədən biri 10 il 6 ay, digəri isə 9 il 9 ay müddətində azadlıqdan məhrum edilib. Lakin Zaza Saralidze bu qərarı ədalətsiz hesab edib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam