Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə yeni xalçalar kəsilib

 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) bütün filiallarında yeni xalçaların kəsilməsi ilə qeyd olunub


Yenixeber.org: Muzeydən verilən məlumata görə, cəmiyyətin Ağstafa filialında bu münasibətlə keçirilən tədbirdə “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov iştirak edib.
Filialın direktoru Raya Eyyubova məlumat verib ki, Qazax qrupuna aid olan bu xalça Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə ithaf olunub. Səidə Hüseynova, Könül Rəsulova və İradə Hüseynovanın ərsəyə gətirdikləri xalçanın toxunmasına bu ilin mart ayında başlanılıb. Qədim və ənənəvi türkçülük simvollarını özündə əks etdirən naxışlarla bəzədilən, ölçüsü 3m x 2m olan xalça 58 günə tuxunub.
“Azərxalça”nın İdarə Heyətinin sədri Vidadi Muradov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin müstəqillik tariximizdəki yerindən, son illər xalçaçılığın inkişafı istiqamətində görülən işlərdən, Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə göstərdiyi böyük diqqət və qayğıdan danışıb.
Qeyd olunub ki, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyəti dövründə xalqımızın milli mənlik şüurunu özünə qaytarıb, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirib. Xalq Cümhuriyyəti süquta uğrasa da, xalqımız qəlbində cümhuriyyətçilik və müstəqillik ideyalarını daim yaşadıb. Ancaq reallıq budur ki, əgər ulu öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycanın rəhbəri seçilməsəydi, ötən əsrin 70-80-ci illərində xalqımızı və ölkəmizi müstəqilliyə hazırlamasaydı, biz indi müasir, müstəqil, güclü Azərbaycanda Cümhuriyyətimizin 100 illik yubileyini qeyd edə bilməzdik.
Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycan Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində sürətlə inkişaf edir, dünyada söz sahibinə çevrilir. İndi dünyanın əksər ölkələri Azərbaycanın qazandığı analoqu olmayan uğurları böyük heyranlıqla izləyirlər.
Vidadi Muradov deyib ki, müstəqil Azərbaycanda digər milli dəyərlərimiz kimi, xalçaçılağa da böyük önəm verilir, bu sahənin inkişafı üçün ardıcıl diqqət və qayğı göstərilir. “Azərxalça”nın ötən il fəaliyyətə başlayan filiallarından biri də Ağstafadakı xalça emalatxanasıdır. Burada müasir iş şəraiti yaradılıb.
Bildirilib ki, filialda çalışan xalçaçıların əksəriyyəti “Azərxalça”nın tədris-hazırlıq kurslarının yetirmələridir. Onların qazandıqları təcrübə və bacarıqlar indi istehsalatda tətbiq olunur. Filialda peşəkar toxucuların rəhbərliyi altında keyfiyyətli xalçalar toxunur. Toxucular işə böyük həvəslə, maraqla yanaşırlar. Burada hər kəs öz işinə yaradıcı münasibət göstərir. Bunun nəticəsidir ki, gözəl xalçalar toxunur.
Vidadi Muradov daha yaxşı xalça toxunması ilə əlaqədar tapşırıq və tövsiyələrini verib.
Toxucular onlara yaradılan ideal şəraitin müqabilində belə xalçalar toxuduqlarını bildiriblər, bunun üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam