Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Deputatın biznesində şok maxinasiya

Deputatın biznesində şok maxinasiya: “Əsabil dedi ki, qardaşını həbsdə çürüdəcəm...”

 

 

 “İmişli rayonundan deputat Əsabil Qasımov öz deputat statusundan və hakim partiyanın nüfuzundan istifadə edərək qanunsuz işlərlə məşğul olur, günahsız insanları tutdurur”.

   "Xeberinfo.com": Bu sözləri hazırda həbsdə olan Rövşən Hacızadənin bacısı Güllü Hacıyeva virtualaz.org saytına ünvanladığı şikayətində deyib.
G.Hacıyevanın sözlərinə görə, Əsabil Qasımovun qanunsuz əməllərinin növbəti qurbanı onların ailəsi olub: “Bu deputatın qanunsuz fəaliyyəti barədə mətbuatda dəfələrlə materiallar dərc edilsə də onun bu hərəkətlərinə göz yumulduğu üçün daha da qəddarlaşıb. Növbəti qurban isə bizim ailə olub. Hansı ki, hər zaman Azərbaycanın bütövlüyü uğrunda çalışmışıq. Qardaşım Rövşən Qarabağ döyüşlərində vətənin müdafiəsi zamanı yaralanıb, əlilə çevrilib”.
Onun dediklərindən belə məlum olub ki, qardaşı Rövşən Hacızadə barəsində Əsabil Qasımovun göstərişi ilə Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsinin müstəntiqi Rəşad Mansurov tərəfindən həbs olunaraq barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb: “Qardaşım Rövşən Əsabil Qasımovun başçılıq etdiyi bir qrup şəxs tərəfindən həm saflığından, çarəsizliyindən, hüquqi savadsızlığından istifadə edilərək aldadılıb. Əsabil Qasımovun yaxın ətrafı rəsmi sənədlərdə saxtakarlıq həyata keçirərək qardaşıma imza atdırmaqla və “Karat”MTK-nın möhürü ilə təsdiq edərək cinayət törədiblər. Lakin həqiqi cinayətkarlar çöldə sərbəst şəkildə gəzirlər. Günahsız bir insanı isə istintaqa cəlb edərək həbsə atıblar”.
G.Hacıyevanın sözlərinə görə, Ə.Qasımov və onun yaxın ətrafı tərəfindən törədilən cinayətlər əvvəldən qurulmuş plan əsasında həyata keçirilib. Öz məqsədləri üçün də onun qardaşından istifadə ediblər: “Qardaşımın maddi vəziyyətinin pis olması səbəbindən o, xəstə olmasına baxmayaraq ailəsinin yaşayışını təmin etmək üçün 2003-cü ildən etibarən Əsabil Qasımova məxsus “Karat” MMC-də günəmuzd qaravul  işləyib. Bir müddət sonra həmin MMC-nin rəhbərliyinin qeyri-rəsmi göstərişi ilə komendant vəzifəsində çalışmağa başlayıb.
Göründüyü kimi, şirkətdə heç bir mühüm vəzifə daşımayıb. Yalnız təsərrüfat işləri ilə məşğul olsa da, saxta sənədlərdə adı yalandan “icraçı direktor”, “tikintinin nümayəndəsi” kimi göstərilib. Rəsmi sənədlərin bir çoxunda qardaşımın adı “icraçı direktor”kimi qeyd edərək bir çox qanunsuz sənədləri ona imza etdirməklə MTK-nın möhürü ilə təsdiq ediblər. Halbuki MTK-nın möhürü “Karat” MTK-nın sədri Umud Umudovda olub, sənədlər və möhür məhz onun tərəfindən vurulub. Əgər bir çox sənədlərə imza onun tərəfindən atılıbsa belə MTK-nın sədri bu halı aşkar edərək möhürlə təsdiq etməməli və qardaşımı məsuliyyətə cəlb etdirməkdən ötrü aidiyyəti orqanlara şikayət etməliydi. Amma o, bütün bunları etməyib. Çünki bunlar əvvəlcədən planlaşdırılı ki, məsuliyyət qardaşımın üzərində qalsın”. 
G.Hacıyeva deputatın sahib olduğu saysız-hesabsız şirkətlərin adını sadaladı. Onun bildirdiyinə görə, “Karat” MMC deputat Ə.Qasımov tərəfindən yaradılıb və o, 2010-cu ildə deputat seçilənə qədər şirkətin prezidenti olub, birbaşa rəhbərliyi də özü həyata keçirib. “Karat” MMC 2008-ci ildən mənzil-tikinti kooperativi kimi qeydə alınıb. 2006-cı ildən isə “Karat” MMC-nin də daxil olduğu “Karat Holdinq” yaradılıb.
Həmin holdinqdə və MTK-da idarəçiliyi Ə.Qasımov deputat seçiləndən sonra onun oğlu Taleh və yaxın qohumları Umud, İntiqam və Qərib həyata keçirsə də faktiki rəhbərlik və nəzarəti yenə də deputat özü həyata keçirib.
Şikayətçinin bildirdiyinə görə, "Karat Holdinq”in tərkibinə aşağıdakı bir çox şirkətlər daxildir: “Karat” MTK, “İdeal” MMC, “İzmir” MMC (tikinti şirkətləri); “Azinvest” tikinti şirkəti; “Everest-M”, “Şin Servis” (armatur alğı-satqısı); “Karmen” MMC (dəyirman və un alqı-satqısı); Hökməlidə makaron fabriki; Hökməlidə kisə fabriki; “ASTEL” MMC (Məhəmmədi, Mehdiabad və Şamaxıda quşçuluq fabrikləri); taxıl anbarları və dəyirman kompleksləri (Şəkidə, Kürdəmirdə, Marneulidə və Gürcüstanın müxtəlif bölgələrində); “Gəncə Fatoğlu” (un dəyirmanı); Bakı şəhəri, Zərifə Əliyeva küçəsində 18 mərtəbəli iki “Marina Plaza” oteli; Zərifə Əliyeva küçəsində iki mərtəbəli restoran; Bakı şəhəri, Səməd Vurğun küçəsində “Ağ saray” binası; Bakı şəhəri, Xan Şuşinski küçəsi, 12,  İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi, 21 və Süleyman Rüstəm küçəsi, 61-də yerləşən 18 mərtəbəli dörd bina; İzmir küçəsi, 7A və 7B-də yerləşən 19 mərtəbəli iki bina; Zərifə Əliyeva küçəsi 53-də yerləşən 23 mərtəbəli bir bina; Süleyman Rüstəm küçəsi 61-də yerləşən “Premium Market” və s.
“Bunlar sadəcə bizə məlum olan şirkət, fabrik və binalardır. Lakin deputat Əsabil Qasımovun bunlardan başqa saysız-hesabsız əmlaka və mülklərə də sahib olduğu hər kəsə məlumdur. Bir deputatın bu qədər əmlaka qanuni və halal yolla sahib olması mümkün deyil və ona görə də həmin əmlaka necə və hansı yolla sahib olduğu müvafiq orqanlar tərəfindən araşdırılarsa törətdiyi bütün cinayətlərin və qanunsuzluqların ortaya çıxarılacağı aşkardır” - deyə G.Hacıyeva bildirir.
Güllü Hacıyevanın dediklərindən belə məlum olub ki, qardaşı R.Hacızadə ona qarşı oynanılan bu oyundan xəbər tutduqdan sonra dərhal deputat Ə.Qasımovun yanına gedərək baş verənləri hüquq-mühafizə orqanlarına və ictimaiyyətə bildirəcəyini deyib: “Bunu deyib çıxan kimi Əsabil Qasımovun oğlu Taleh qardaşıma zor göstərərək ona hədə-qorxu gəlib. Qardaşımın hüquq-mühafizə orqanlarına şikayət etməkdə israrlı olduğunu görəndə isə özləri onu qabaqlayıblar. Öz cinayət əməllərini ört-basdır etmək üçün onlara bu işdə birbaşa köməklik etmiş Məhərrəm və Emin adlı saxta şahidləri də öyrədərək qardaşımın əleyhinə ifadə verdiriblər. Şikayətdən sonra qardaşım dərhal həbs olunub. Onun həbs olunması nəticəsində Əsabil Qasımov və yaxın ətrafının cinayət əməlləri gizlədildi.
Bütün bunlardan sonra mən özüm onun qəbulunda oldum. Əsabil Qasımov heç nədən çəkinməyərək sifarişi onun verdiyini, qardaşım kimi yüzlərlə qurbanının olduğunu və həmin qurbanların şikayətlərinin indiyə kimi heç bir nəticə vermədiyini, ona görə də müraciətimizin əbəs olduğunu dedi. O, açıq-aydın şəkildə “qardaşını içəridə çürüdəcəyəm, sizi də bu mənzərəyə tamaşa etdirəcəyəm” deyərək məni hədələdi”.
G.Hacıyeva sonda ölkə başçısına müraciət edərək ondan kömək istəyib. Onun dediyinə görə, deputatın qanunsuz hərəkətləri bununla bitmir. Yuxarıda qeyd olunan binalarda alqı-satqı müqaviləsi ilə müəyyən edilmiş mənzilin sahəsi ilə faktiki sahə üst-üstə düşmür, müştərilərin hər biri hər mənzildə 10-15 kv.m aldadılır. Müştərilərə satılan qarajlar da sonradan qanunsuz olaraq onların əllərindən alınır, yenidən daha yüksək qiymətlər təklif olunur. Bununla bağlı müştərilərin bəziləri məhkəmələrə müraciət etsə də Ə.Qasımov yenə də öz gücündən istifadə edərək məhkəmlərə təsir göstərməyi bacarıb.
Daha sonra prezident İlham Əliyevə müraciət edən G.Hacıyeva bildirir: “Mənim göstərdiyim bu faktlar obyektiv, ədalətli və qanuni şəkildə araşdırılarsa qardaşımın günahsız olduğu, əsl cinayətkarın Əsabil və onun yaxın ətrafının olduğu sübuta yetirilər.
Cənab prezident! Qardaşım Rövşən barəsindəki həbs-qətimkan tədbirinin ləğvinə və cinayət işi üzrə təqsirləndirilən şəxs kimi tanınmasına son qoyulması üçün aidiyyəti üzrə göstərişlər verilməsini və əsl cinayətkarların cinayət məsuliyyətinə cəlb edilməsinə köməklik göstərilməsini xahiş edirik. Hər zaman Azərbaycan qanunlarına əməl etmişik, prezidentimizin siyasi kursunu dəstəkləmişik. İnanıram ki, müraciətimizdən sonra deputat adına xələl gətirən, günahsız insanları həbs etdirərək dövlətdən narazı salmağa çalışan Əsabil Qasımov barəsində qanuni tədbir görüləcək. Bizim haqsız olaraq məruz qaldığımız bu əzab və iztirablara son qoyulacaq”.
Qeyd edək ki, deputat Ə.Qasımovun əməllərindən şikayətçi olan G.Hacıyeva və onun maraqlarını müdafiə edən vəkil Ceyhun Yusifov bu gün mətbuat konfransı keçirərək bu faktları ictimaiyyətə təqdim etməyə hazırlaşırlar.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam